Logo

Dərmanlarla bağlı yeni təklif var - VİDEO

Dərmanlarla bağlı yeni təklif var - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bəzən fərqli-fərqli apteklərdə dərmanların fərqli-fərqli qiymətlərinə rast gəlirik. Yəni bir aptekdə bir

dərman məsələn 10 manatadır, digərində 13 manata. Düzdür , dərmanların tənzimlənmiş

qiymətlərinin siyahısı müvafiq məlumat bazalarına salınıb. Amma vətəndaşların bu mənada

işini asanlaşdırmaq və dərmanların süni qiymət artımının qarşısını almaq məqsədi ilə maraqlı

bir təklif var.

Sfera.az Xəzərxəbər-ə istinadən bildirir ki, Azərbaycanda qiymətləri dövlət tərəfindən tənzimlənən

dərman vasitələrinin apteklərdə fərqli qiymətlərlə satılması hallarına hələdə rast gəlinir.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, qiymətləri dövlət

tərəfindən tənzimlənən dərmanların fərqli qiymətlərlə satılması qəbuledilməzdir. Vətəndaşların

aldadılmaması üçün dərmanların qiymətləri ilə bağlı xüsusi məlumat bazaları yaradılıb.

Amma məlum məsələdir ki, dərman alarkən heç də bütün vətəndaşların adıçəkilən məlumat

bazalarına daxil olaraq, qiymətləri öyrənmə imkanı yoxdur. Məhz bu məqsədlə millət vəkili

yeni təkliflə çıxış edib. Onun sözlərinə görə, dərmanların süni bahalaşmanın aradan qaldırılması

üçün apteklərdə də elektron lövhələrin quraşdırılması məqsədəuyğun olardı.

Millət vəkilinin fikrincə, bununla yanaşı məsələ ilə əlaqədar olaraq Vergilər və İqtisadiyyat

Nazirliklərinin monitorinq qrupu da olmalıdır ki, bu tip hallar aralşdırılsın və müvafiq tədbirlər görülsün.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR