Yayın gəlişi ilə əlaqədar mütəxəssislər vətəndaşları, xüsusilə isti havalarda daha çox yayılan bağırsaq infeksiyaları barədə xəbərdar edirlər.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, gigiyena qaydalarına əməl edilməməsi və açıq havada satılan qidaların istehlakı yoluxma riskini əhəmiyyətli dərəcədə artırır.
Ən çox rast gəlinən simptomlar ishal, qarın ağrısı, ürəkbulanma və qızdırmadır. Mütəxəssislərin fikrincə, uşaqlar, qocalar və xroniki xəstəlikləri olan şəxslər bu infeksiyalara xüsusilə həssasdırlar.
Meyvə və tərəvəzləri tam yuyulmadan çiy şəkildə istehlak etməməyi, açıq havada satılan qidalardan uzaq durmağı tövsiyə edirlər. Bol su içmək vacibdir, lakin suyun təmizliyinə əmin olmaq lazımdır. Həmçinin, hər yeməkdən əvvəl və tualetdən sonra əllərin yuyulması mütləqdir.
Fidan Hacızadə
Sfera.az