Yayda bu idman növləri sağlamlığa zərər vurur

Yayda bu idman növləri <span style="color:#ff0000">sağlamlığa zərər vurur</span>
Kateqoriya məlum deyil09.08.25, 08:00101 👁️
T

İsti hava şəraitində bəzi idman növləri ciddi sağlamlıq riskləri yaradır.

 

Sfera.az xəbər verir ki, araşdırmaya görə, +32°C və yuxarı temperaturda uzunmüddətli açıq hava fəaliyyəti günvurma və susuzlaşma riskini üçqat artırır.
Xüsusilə marafon, velosiped, futbol və digər intensiv komanda oyunlarında riskin yüksək olduğu bildirilir.

 

Bundan başqa, süni örtüklü meydançalarda istilik səviyyəsinin 60°C-dən yuxarı qalxa biləcəyini və bunun yanıq, həmçinin istilik balansı pozuntusu riski yaratdığını vurğulayır.

 

Mütəxəssislər isti havada idmanın səhər tezdən və ya axşam saatlarında aparılmasını, maye qəbulunun artırılmasını və nəfəs alan idman geyimlərindən istifadəni tövsiyə edirlər.

 

Fidan Hacızadə
Sfera.az


 

PAYLAŞ
Sehliyali
Yüklənir...