Ümrə ziyarətinin vaxtı açıqlandı

Ümrə ziyarətinin vaxtı açıqlandı
Kateqoriya məlum deyil08.08.25, 11:0728 👁️
T

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təşkil edilən növbəti Ümrə ziyarətinin vaxtı açıqlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Teleqraf-a İdarənin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri danışıb.

 

O bildirib ki, növbəti Ümrə ziyarəti sentyabr ayının əvvəlinə, Məhəmməd Peyğəmbərin mövlud günlərinə təsadüf edəcək.

 

Onun sözlərinə görə, aprel ayının 20-dən dayandırılan Ümrə ziyarətinin ilk qrupu iyulun 30-da yola düşüb.

 

“İlk qrup avqustun 6-da Ümrə ziyarətindən geri qayıdıb. İkinci qrupun isə sentyabr ayının əvvəlində yola düşməsi gözlənilir. Qruplar 10 nəfərdən 25 nəfərə qədər təşkil olunur. Ayda 2-3 qrup yola salınır. Bu proses Həcc ziyarətinə təxminən 1 ay qalmışa qədər davam edəcək.

 

Ümrə ziyarətinin qiyməti hotel və xidmət səviyyələrinə görə 1000 dollar və ya yuxarı olur”, - V.Cahangiri əlavə edib.

PAYLAŞ
Sehliyali
Yüklənir...