ChatGPT bu halda istifadəçilərdə narahatlıq yaradır

ChatGPT bu halda istifadəçilərdə<span style="color:#ff0000"> narahatlıq yaradır</span>
Kateqoriya məlum deyil08.08.25, 10:2620 👁️
T

ChatGPT bəzi hallarda istifadəçilərdə narahatlıq və reallıq hissinin pozulmasına səbəb olub.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “The Wall Street Journal” 2023–2025-ci illərdəki söhbətləri təhlil edərək bu barədə bildirib.

 

Məlumatlara görə, ABŞ-nin Oklahoma ştatında yaşayan bir nəfər “ChatGPT” ilə “Orionun tənlikləri” (göydə ən tanınmış ulduz qruplarından biri olan Orion bürcü ilə bağlı uydurulmuş, mistik və ya fantastik bir anlayış) mövzusunu müzakirə etdikdən sonra özünü pis hiss edib. Başqa bir nümunədə isə chatbot bir istifadəçini Lyra(səma xəritəsində yerləşən kiçik bir ulduz bürcünün adı) planetindən olan “Ulduz toxumu” olduğuna inandırıb.

 

Psixiatrlar bu vəziyyəti “AI psixozu” adlandırır və qeyd edirlər ki, süni intellekt bəzən insanların aldanmalarını təsdiqləyərək onları gücləndirir. Orhus Universitetinin psixiatrı Seren Dinesen Esterqor xəbərdarlıq edib ki, bu tip ünsiyyət psixi pozuntulara yol aça bilər.

 

Hadisələr fonunda “ChatGPT”nin yaradıcıları neyron şəbəkənin yeni versiyasını təqdim ediblər.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ
Sehliyali
Yüklənir...