Nəbatat Bağında piknik yeri bağlandı - Səbəb

Cəmiyyət
17:33 / 07.08.2025
2314
Mərkəzi Nəbatat Bağında piknik sahəsi müvəqqəti olaraq bağlanıb.
Sfera.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, buna səbəb ümumi dezinfeksiya işlərinin aparılmasıdır.
Mərkəzi Nəbatat Bağından piknik sahəsinin ümumi dezinfeksiya işləri ilə əlaqədar olaraq müvəqqəti bağlandığı barədə məlumat təsdiqlənib.
Qeyd edək ki, bir neçə gün əvvəl Mərkəzi Nəbatat Bağında azyaşlını ilan sancıb. Rəsmi açıqlamada orada yaşayan istənilən növ canlıların, o cümlədən həşəratların mövcudluğunun mümkün olduğu bildirilib, ziyarətçilərdən təyin olunmuş yerlərdə gəzmələri, azyaşlıları diqqətdən kənar qoymamaları xahiş edilib.