Mərkəzi park 21 hektar genişləndiriləcək - Böyük süni göl yaradılacaq

Hazırda Mərkəzi parkın ərazisi təxminən 36 hektar təşkil etsə də, parka metronun "Nizami" stansiyasının ətrafında 21 hektara yaxın ərazi də əlavə olunacaq.
Sfera.az Report-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Ramiz İdrisoğlu deyib.
Onun sözlərinə görə, metronun “Nizami” stansiyası ətrafında yerləşən təxminən 21 hektar sahə parkın əvvəlki hissələrinə birləşdirilərək vahid şəhər yaşıllıq kəməri formalaşdıracaq:
"İqlim şəraiti, flora və ətraf mühit nəzərə alınmaqla, burada geniş yaşıllaşdırma işlərinin aparılması nəzərdə tutulur. Parkda qarışıq ağac növlərinin olacağı sıx meşə tipli zona ərazinin landşaftında özünəməxsus yer tutacaq. Eyni zamanda ətrafda yerləşən tarixi binaların qorunması da xüsusi diqqətdədir".