DYP onlara müraciət etdi

DYP onlara müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) avtonəqliyyat vasitələri ilə sərnişindaşıma fəaliyyəti göstərən şəxslərə və əhaliyə müraciət edib.

 

Bu barədə Sfera.az-a BDYPİ-dən məlumat verilib.

 

Bildirilib ki, yay fəsli ilə əlaqədar paytaxt və bölgələr üzrə sərnişindaşıma fəaliyyətində artım müşahidə edilir:

 

"Lakin bu sahədə müəyyən olunmuş qaydaların pozulması bəzən ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir. Baş Dövlət Yol Polisi İdərəsi bir daha sərnişindaşıma fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onlara daşımaların mümkün qədər sutkanın gündüz vaxtı və yalnız müasir standartlara cavab verən iritutumlu avtobuslarla həyata keçirməyi, uzaq marşurutlar üzrə avtobuslara iki sürücü təhkim etməyi, reysqabağı sürücülərin tibbi müayinədən keçməsinə, nəqliyyat vasitələrinin isə texniki vəziyyətinin yoxlanılmasına ciddi nəzarət olunmasını tövsiyə edir".

 

Müraciətdə qeyd olunub ki, sərnişinlər öz təhlükəsizliklərinə biganə qalmamalı, qanunsuz sərnişindaşımada iştirakçıya çevrilməməlidirlər:

 

"Nəzərə almaq lazımdır ki, qanunsuz daşımalar zamanı istismar olunan nəqliyyat vasitələrinin texniki vəziyyətinə lazımi qaydada nəzarət edilmir. Eyni zamanda, əksər hallarda bu işə müvafiq sürücülük kateqoriyası və kifayət qədər iş təcrübəsi olmayan sürücülər cəlb edilir ki, onlar da reysqabağı tibbi müayinəsi aparılmır. Dəyərli sərnişinlər! Səfərlərinizi təsadüfi şəxslərə etibar etməyin. Bu mənzil başına sağ-salamat çatmanızın öncədən sığortalanması deməkdir".


OXŞAR XƏBƏRLƏR

MİQ üzrə vakant yerlər niyə gizlədilib? - RƏSMİ CAVAB

Müəllimlərin İşə Qəbulu üzrə vakant yerlərin gizlədilməsi məsələsinə aydınlıq gətirilib.   Sfera.az bildirir ki, bu barədə APA-nın sorğusuna cav...

20 mindən çox uşaq məktəbəhazırlıq qruplarına qəbul olunub

20 mindən çox uşaq məktəbəhazırlıq qruplarına qəbul olunub.   Sfera.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilalanlarla iş sek...

Yaponiyada səssiz böhran: Əhali azalır, 4 milyon ev boşdur

Yaponiyada demoqrafik böhran getdikcə dərinləşir.  Rəsmi məlumatlara görə, 2024-cü ildə ölkənin əhalisi rekord səviyyədə azalıb. Əhali bir il ərzində ...

Birinci sinifə qəbul edilən uşaqların sayı açıqlanıb

May ayından etibarən birinci sinifə şagird qəbulu başlayıb və prioritet mərhələsi artıq yekunlaşıb.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, b...

Mərkəzi park 21 hektar genişləndiriləcək - Böyük süni göl yaradılacaq

Hazırda Mərkəzi parkın ərazisi təxminən 36 hektar təşkil etsə də, parka metronun "Nizami" stansiyasının ətrafında 21 hektara yaxın ərazi də əlavə olun...

"Ukrayna bu görüşlərdən qorxmur" - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampla mümkün görüşlərdən çəkinmədiklərini bəyan edib.   Sfer...