Bakı-İstanbul reysi niyə təxirə salındı? - SƏBƏB

Bakı-İstanbul reysi niyə təxirə salındı? - SƏBƏB

6 avqust tarixində nəzərdə tutulan “AJET” aviaşirkətinin icra etdiyi TKJ-178 nömrəli Bakı–İstanbul (SAW) reysi texniki səbəbdən təxirə salınıb.

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, təhlükəsizlik məqsədilə sərnişinlər təyyarədən endirilərək gözləmək üçün terminala yönləndirilib.

 

Bildirilir ki, hazırda onların aviaşirkət tərəfindən otellərə yerləşdirilməsi və digər zəruri prosedurlar həyata keçirilir.

 

Sözügedən reysin 7 avqust 2025-ci il tarixində həyata keçirilməsi nəzərdə tutulur.

 

“Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinlərə yalnız aviaşirkətin rəsmi nümayəndəliyinə və əlaqə kanallarına müraciət etməyi tövsiyə edir. Uçuşun yeni vaxtı, aviabiletlərlə bağlı dəyişikliklər və digər məsələlərlə bağlı məlumatlar birbaşa aviaşirkət tərəfindən təqdim olunur”, - məlumatda qeyd olunub


OXŞAR XƏBƏRLƏR

“Duman” qrupunun solistinin sevgilisi üçün yazdığı mahnının faciəvi hekayəsi - FOTO

Rok dünyasının üsyankar qrupu “Duman”ın solisti Kaan Tangöze güclü səsi, səhnə varlığı və təlatümlü şəxsi həyatı ilə hər zaman gündəm olub. Onun bir...

İki müəllimdən şok cinayət: Qadağan olunmuş bizneslə pul qazanmaq istədilər

Hindistanda məşhur "Breaking Bad" serialını xatırladan real və olduqca qəribə hadisə baş verib. Belə ki, kimya fənnini əla bilən müəllimlər öz akademi...

İtkin düşən kişinin cəsədi 28 ildən sonra olduğu kimi tapıldı - FOTO

Pakistanda bir çoban təsadüfən 1997-ci ildən itkin düşmüş yerli sakinin cəsədini tapıb.   Sfera.az bildirir ki, Nasiruddin (Nəsirəddin) adlı şəxsin büt...

Ana olmağa hazırlaşan Rihannanın maraqlı tərzi - FOTOLAR

Məşhur müğənni Rihanna Los-Ancelesdə görüntülənib.   Sfera.az xəbər verir ki, ifaçı "Issey Miyake" brendinin 2001-ci ilin yay kol...

BƏƏ Sudana uçuşları dayandırdı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mülki Aviasiya Baş İdarəsi çərşənbə səhərindən etibarən iki ölkə arasında uçuşların dayandırılması ilə bağlı Sudan aviaşirkə...

Üç bürcə tezliklə arzularını yerinə yetirmək şansı veriləcək

Avqustun 5-dən etibarən üç bürc üçün müsbət dəyişikliklər dövrü başlayıb. Oğlaq bürcünə keçən Ay özü ilə sabitlik, inam və daxili dəstək hissi gətirir.  ...