Logo

SON DƏQİQƏ! Hərbçimiz yaralandı: Vəziyyəti...

SON DƏQİQƏ! Hərbçimiz yaralandı: Vəziyyəti...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu gün səhər saatlarında Nərimanov rayonu, "Çermet” körpüsünün üstündə ağır yol qəzası baş verib.

Salamnews xəbər verir ki, qəza nəticəsində taksi avtomobili ilə işə gedən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında qulluq edən Yusifov Elzar Süleyman oğlu və mülkü şəxs Mirzəyev Elsəvər Rasim oğlu ağır bədən xəsarətləri alıblar.

Yaralılardan Elzar Yusifov təcili yardım stansiyası əməkdaşlarının köməkliyi ilə Daxili İşlər Nazirliyi Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalına aparılıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, Daxili Qoşunların mətbuat xidməti faktı təsdiq edib.

Fakt Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR