"Azər komissiyanın rədd cavabından sonra çökdü"


"Azər komissiyanın rədd cavabından sonra çökdü"

Mərhum aktyor Azər Baxşəliyevin xanımı Nigar "AStar" layihəsində qonaq olub.

 

Sfera.az xəbər verir ki, o, Azərlə sosial mediada tanış olduqlarını bildirib:

 

"Azərlə sosial mediada tanış olduq. Tviterdə müəyyən statuslar paylaşırdıq. Daha sonra digər sosial şəbəkələrdən mənə dostluq atdı. Amma elə də əlaqəmiz yox idi. Bir sərgi var idi. Soruşdu ki, "siz də buraya gedəcəksiniz". Onda dəvətlər olanda sosial şəbəkədə kimlər gedir göstərirdi. Cavab verdim ki, "olacağam". Həmin gün onun rayonda çəkilişləri var idi. İcazə almışdı ki, axşam sərgiyə gəlsin. İlk real tanışlığımız belə oldu. Başladı mənə davamlı yazmağa. Aramızda elə bir şey olmadı ki, bəyənirsən, evlənək? Həyat bizi birləşdirdi. Çox oxşayırdıq.

 

Qızımızın adını qoyanda 2 ad arasında qalmışdıq. Züleyxa adı hər ikimizin nəslində yox idi. Elə ad istəyirdik ki, həm xarixi ölklərdə və vətənimizdə tanınan olsun. İlk siyahıya baxanda o da mənimlə razılaşdı. 

 

Nigar vurğulayıb ki, onlar tanış olanda Azər xəstəliyi haqqında ona danışıb:

 

"Tanış olanda demişdi ki, 10 il əvvəl müalicə üçün İranda olunub. Uzun müddət müalicə ilə yaşadı, promlemi yox idi. Ailə qurandan 1 il sonra xəstəlik ciddiləşdi. Anası onun üçün ən yaxşısını edir, hər şeyinə diqqət edirdi. Amma siqaret çəkirdi. Ziyanı çox idi, az idi, bilmirəm. Amma hər dəfə söz verirdi ki, gələn aydan çəkməyəcək. Ola bilər laqeyid yanaşırdı, amma yaxşı bilirdi ki, özünə yaxşı baxmalıdır. Ona deyirdim ki, "bilirsən ki, nə çətinliklərdən keçmisən, bizim bir qızımız var". Son illərdə böyük bir stresi də olmayıb. Hətta qızı olmağını istəyirdi. Deyərdim ki, ən gözəl iləri idi". 

 

Xanımı əlavə edib ki, Azər Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən aldığı cavabdan sonra çöküb:

 

"Donor tapmışdıq. Komissiya buraxmadı. Azərlə çox kobud danışmışdılar. Komossiyadan çıxandan sonra psixoloji olaraq çox çökdü. Onu heç vaxt elə görməmişdim. Əsəbini içində çəkirdi. Komissiyadan sonra onun çökdüyü daha çox hiss olundu. O da böyrəyinə təsir etdi, insult keçirdi. Onun dünyasını dəyişəcəyini düşünmürdük. Ən pis halda aylarla, günlərlə yataqda yatacağını düşünürdük. Vəfat etməzdən bir neçə gün əvvəl virusa yoluxmuşduq deyə, Yeni İli onunla keçirmədik. Kaş keçirərdik. 13 yanvar, köhnə yeni ili birgə keçirməyi planlaşdırırdıq. Son danışığımızda Züleyxanın vidolarını ona atırdım. Hadisə baş verəndə bacısı, ana-atası, xalası yanında olublar. Gülüblər-danışblar və birdə gülən zaman bacısına deyib ki, səni iki nəfər görürəm. Təcili yardım gəlib xətəxanaya aparıb. Mənə gecə ilə yox, səhər deyiblər".

 

Qeyd edək ki, A.Baxşəliyev böyrək çatışmazlığından əziyyət çəkirdi. Yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olan aktyorun ürəyi dayanıb, yanvarın 5-də vəfat edib. A.Baxşəliyev tamaşaçılara “Ağsaqqal” obrazı ilə tanışdır.


OXŞAR XƏBƏRLƏR

Ədliyyə Nazirliyinin polkovniki iş başında infarkt keçirdi

Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib.   Sfera.az-ın məlumatına gör...

Uçuş qaydalarına məhəl qoymayaraq 2 saat gecikməyə səbəb oldu: Təyyarədən endirildi

Böyük Britaniyadan İspaniyaya yola düşməyə hazırlaşan “Ryanair” təyyarəsində gözlənilməz böhran yaşanıb. Sərnişin qaydalara əməl etmədiyi üçün reys ...

Türkiyəli müğənni vəfat etdi - FOTO

Türkiyəli müğənni Səlcuq Alagöz vəfat edib.   Sfera.az xəbər verir ki, bir müddətdir səhhətində problemlər yaşayan ifaçı bu gün 81 yaşında ...

“Qarabağ” səfərdə QƏLƏBƏ QAZANDI

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti sınağına çıxacaq.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin 3-cü təsnifat m...

Üzünü 2 min dollara satan qız süni intellektin tələsinə düşdü

Böyük Britaniyanın 23 yaşlı sakini süni intellektə malik bir startap üçün model olmağa razılaşaraq müqavilə bağlayıb. O, bununla artıq üzünün istifadəsinə nəzar...

Netanyahu 3 saatlıq iclas keçirdi: Qəzzanın işğalı...

İsrailin Baş Qərargah rəisi Eyal Zamir Qəzzaya hücumların davam etdirilməsi planlarını Baş nazir Benyamin Netanyahuya təqdim edib.   Sfera.az xəbər v...