Sabah çimərlikdə hava necə olacaq?

Cəmiyyət
18:33 / 05.08.2025
3404
Abşeron çimərliklərində avqustun 6-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 28-29° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 29-30° isti olacaq.