Elçindən geriyə qalanlar: Səfir, deputat...

Elçindən geriyə qalanlar: Səfir, deputat...

Bu gün Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn mərasimi keçiriləcək.

 

Elçindən geriyə nələr qaldığını çoxumuz bilirik - ədəbi irsi, qiymətli əsərləri, Azərbaycan nəsrində silinməz izi. 

 

Bəs, Elçindən geriyə kimlər qaldı? Xalq yazıçısının iki qızı var: Günay Əfəndiyeva və Humay Əfəndiyeva.  

 

Günay Əfəndiyeva kimdir?

 

Günay Elçin qızı Əfəndiyeva 20 oktyabr 1973-cü ildə Bakı şəhərində, görkəmli yazıçılar İlyas Əfəndiyev və Elçin Əfəndiyevin ailəsində anadan olub.
 

O, 1991-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini qızıl medalla, 1997-ci ildə isə Azərbaycan Tibb Universitetini həkimlik ixtisası üzrə qırmızı diplomla bitirib. Daha sonra Respublika Diaqnostika Mərkəzində funksional diaqnostika üzrə internatura keçib.


2009–2015-ci illərdə Xarici İşlər Nazirliyinin UNESCO üzrə Azərbaycan Milli Komissiyasında müxtəlif vəzifələrdə çalışıb. 2015-ci ildə Türk Dövlətləri Təşkilatının (TDT) qərarına əsasən, Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti təyin edilib və 2023-cü ilin noyabrına qədər bu vəzifəni icra edib.

 

6 oktyabr 2015-ci ildə Prezident sərəncamı ilə ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi alıb.

 

2024-cü ildə keçirilən növbədənkənar parlament seçkilərində 14 saylı Xəzər–Pirallahı seçki dairəsindən Bitərəf namizəd kimi qalib gələrək Milli Məclisin VII çağırış deputatı seçilib. Hazırda Mədəniyyət komitəsinin sədr müavini və Səhiyyə komitəsinin üzvüdür. Eyni zamanda, Türk Dövlətləri Parlament Assambleyasının və bir çox ölkələrlə parlamentlərarası işçi qrupların üzvüdür.

 

Humay Əfəndiyeva kimdir?

 

Humay Elçin qızı Əfəndiyeva 7 dekabr 1975-ci ildə Bakı şəhərində doğulub.
 

1992-ci ildə 190 nömrəli orta məktəbi bitirib. 1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini (əyani), eyni zamanda Qərb Universitetinin Sosial-siyasi inzibatçılıq fakültəsini (qiyabi) bitirib.


1997–2000-ci illərdə BMT-nin İnkişaf Proqramının “Gender İnkişafda” layihəsində ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis kimi çalışıb. 2001–2021-ci illərdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatında müxtəlif vəzifələrdə – sədr müavininin köməkçisi, baş məsləhətçi, şöbə müdiri vəzifələrində fəaliyyət göstərib.

 

2011-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 2018-ci ildə Prezident sərəncamı ilə 3-cü dərəcəli dövlət müşaviri ixtisas dərəcəsi alıb.

 

1 fevral 2021-ci ildə Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. Hazırda bu vəzifəni icra edir. 2022-ci ildən Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin Müşahidə Şurasının üzvüdür.
 

 

2024-cü ildə isə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif olunub.

 

Xalq yazıçısı Elçin ədəbi irsi Azərbaycan mədəniyyətində və ictimai həyatında silinməz izlər buraxıb. (yenisabah.az)


OXŞAR XƏBƏRLƏR

Litva prezidenti hökumətin istefasını qəbul edib

Litva prezidenti Qitanas Nauseda hökumətin və baş nazir Qintautas Paluskasın istefası haqqında fərman imzalayıb.   Sfera.az xarici mediaya istinadən ...

Azərbaycanın II Liqasındakı komandaların sayı açıqlanıb

Azərbaycanın II Liqasında 12 komanda iştirak edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. ...

Orqanlarını bağışlayanların sayı xeyli artıb - RƏSMİ

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi bu ilin ilk 6 ayı ərzində ölümündən sonra orqanlarını bağışlamaq üçün razılıq ərizəsi imzalayan ş...

Havada toz müşahidə edilir - Üç gün davam edəcək

"Avtomatik stansiyalardan əldə olunan məlumata görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda cənub və Aran bölgəsi rayonlarında tozlu hava şəraiti mü...

Bu şəxslərə torpaq sahəsi veriləcək

Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi - Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Mənzil Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində,...

Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırılıb

Prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi artırılıb.   Sfera.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq q...