Mixail Qusman Bakıdadır - FOTOLAR

Cəmiyyət
13:10 / 04.08.2025
4215
Rusiyanın TASS agentliyinin sabiq direktor müavini Mixail Qusman Bakıya gəlib.
Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, iyulun 24-də Rusiyanın Baş naziri Mixail Mişustinin sərəncamı ilə TASS-ın direktor müavini vəzifəsindən azad edilən Mixail Qusman Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində iştirak edib.