Bakıda liftdə qalan şəxslər xilas edildi

Cəmiyyət
09:42 / 04.08.2025
2391
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 xilasetmə əməliyyatı keçirilib.
Bu barədə Sfera.az-a qurumun Mətbuat xidmətindən bildirilib.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 4 nəfərə müvafiq köməklik göstərilib.