“Sea Breeze”dəki kazinoya onlar buraxılmayacaq!


“Sea Breeze”dəki kazinoya onlar buraxılmayacaq!

“Sea Breeze”in təsisçisi Emin Ağalarov burada fəaliyyət göstərəcək kazino barədə daha bir məlumat verib.

 

Sfera.az xəbər verir ki, o, rəsmi instaqram hesabında yaranan bəzi suallara aydınlıq gətirib.
 

Ağalarov qeyd edib ki, kazinoya 21 yaşından kiçik heç kim buraxılmayacaq.


Təsisçi onu da bildirib ki, Gürcüstanda kazinolarda oynayanların 17 faizi azərbaycanlılardır. O, ən azından turizm potensialına görə bu işi ölkəyə qaytarmaq istədiyini qeyd edib.


Ağalarovun sözlərinə görə, bu gün kazinosuz turizmin inkişafı bütün dünya təcrübəsindən geri qalır:
 

“İstəyirik ki, heç vaxt buraya gəlməyəcək əcnəbilər burada oynasınlar, beynəlxalq poker turnirləri keçirək. Monako, Makao, Şimali Kipr və Las-Veqasla yanaşı, kazinoların sayına görə beşinci nöqtə olacağıq. Bu, bizə imkan verəcək ki, bu ilin sonuna qədər bir çoxu bu gün Azərbaycanda mövcud olmayan ən azı 12 beynəlxalq hotel operatoru ilə müqavilə imzalayaq və onları “Sea Breeze”də mehmanxana biznesi kimi birləşdirək”.


“Mövsüm xaricində bu hotellər turistlərlə dolu olacaq, turistlər də pul xərcləyirlər. Müvafiq olaraq, daha çox iş yeri, dövlət üçün daha çox vergi və daha çox turist. Bu da ölkəmizin çiçəklənməsidir” - Emin qeyd edib. (Qafqazinfo.az)


OXŞAR XƏBƏRLƏR

Xırdalanda kişi meyiti tapıldı

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış komplekslərindən birində 48 yaşlı kişinin meyiti tapılıb.   Sfera.az xəbər verir ki, 1977-ci il...

Polis çimərliklərdə 87 uşağı taparaq valideyninə təhvil verib

Yay mövsümündə hava şəraitinin isti keçməsi ilə əlaqədar olaraq əhalinin çimərliklərə, meşəlik və digər istirahət zonalarına kütləvi axını nəzərə alınaraq, Daxi...

İstirahət zonalarında oğurluq edənlər saxlanıldı

Yay mövsümündə hava şəraitinin isti keçməsi ilə əlaqədar olaraq əhalinin çimərliklərə, meşəlik və digər istirahət zonalarına kütləvi axını nəzərə alınaraq, Daxi...

Azərbaycanda ata 5 yaşlı qızına “Lamborghini”ALDI - VİDEO

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.   Sfera.az-a xəbər verir ki, Azərbaycanda ata 5 yaşlı qızının arzusunu reallaşdırıb. &nbs...

Polisə belə təşəkkür etdilər -VİDEO

Çimərlik ərazilərində xidmət aparan polis əməkdaşlarının xidməti istirahətə gələn vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir.    Sfera.az&nb...

İsrail Qəzzanı tam ələ keçirməlidir - Nazir

İsrail Qəzzanı tam ələ keçirməlidir.   Sfera.az xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Qüdsdə çıxışında deyib. &...