Şahin Şıxlinski Rusiyada SAXLANILDI

Cəmiyyət
20:20 / 02.08.2025
2781
Rusiyanın Yekaterinburq şəhərində yerləşən E1.ru nəşrinin yaydığı məlumata görə, Ural bölgəsindəki Azərbaycan diasporunun rəhbəri kimi tanınan Şahin Şıxlinski saxlanılıb.
Sfera.az xəbər verir ki, o, Moskvadan Yekaterinburqa gətirilib.
Məlumata görə, Şıxlinski axtarışda olan şəxs kimi hüquq-mühafizə orqanları tərəfindən tutularaq istintaqa təhvil verilib və artıq onun barəsində istintaq hərəkətləri başlayıb.
Qeyd edək ki, bundan əvvəl Şahin Şıxlinskinin oğlu – Mütəvəli Şıxlinski də saxlanılmışdı. (Musavat.com)