Qeyri-adi hadisə: 5 gün suyun altında qaldı


Qeyri-adi hadisə: 5 gün suyun altında qaldı

Çinin Hunan əyalətindən olan həvəskar dalğıc Vanq beş gün sualtı mağarada sağ qalmağı bacarıb.

 

Sfera.az Bakupost.az-a istinadla xəbər verir ki, hadisə iyulun 19-da baş verib. Həmin gün Vanq dostu ilə birlikdə çaya girdikdən cəmi beş dəqiqə sonra gözdən itib.

 

Məlumata görə, Vanq suda üzərkən təsadüfən sualtı mağaraya daxil olub və orada azaraq həm zaman, həm də məkan anlayışını itirib. O, möcüzə nəticəsində sağ qalıb, çünki mağarada hava ilə dolu təbii bir boşluq taparaq orada nəfəs ala bilib. Bütün bu müddət ərzində yalnız çiy balıqla qidalanaraq həyatını davam etdirib.

 

Hadisədən sonra polis, xilasedicilər və sualtı dalğıcların iştirakı ilə genişmiqyaslı axtarış əməliyyatı başlayıb. Vanq işıq gördükdən sonra fənəri ilə siqnal verib və bu siqnal onun qısa müddətdə tapılmasına səbəb olub.

 

Xilas edildikdən sonra Vanqın səhhətinin qənaətbəxş olduğu bildirilir. O özü təcili tibbi yardım maşınına qədər yeriyə bilib. İlk istəyi isə siqaret olub.


OXŞAR XƏBƏRLƏR

Bu il 100-dən çox şəxs ad və soyadını dəyişdirib

Azərbaycanda ad və soyadı, soyadın sonluğunu dəyişmək mümkündür. 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan Respublikası vətəndaşı öz adını, ata adını və soya...

Pediatr 9 günlük körpəni pulla alıb

Türkiyənin Kuşadası rayonunda pediatr işləyən həkim, doğuş edən qadının 9 günlük körpəsini pul qarşılığında alaraq evinə aparıb.   Sfera.az xəbər ver...

Müdafiə naziri türkiyəli şəhid ailələri ilə görüşdü

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi g...

Kişilər bu səbəbdən xəyanət edir – ARAŞDIRMA

Son illərdə aparılan psixoloji və sosioloji araşdırmalar nəticəsində kişilərin xəyanət etmə səbəbləri üzə çıxarılıb. Araşdırmalara görə, kişilərin xəyanət etməs...

"Azərbaycan və Türkiyə ilə əməkdaşlıq böyük xoşbəxtlikdir" - Suriyalı nazir

Dost və qardaş ölkələr olan Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edilməsi bizim üçün böyük xoşbəxtlikdir. Sfera.az xəbər verir ki, bunu Suriyanın ener...

"Qalatasaray" "Latsio" ilə üz-üzə

Türkiyənin futbol nəhənglərindən olan "Qalatasaray" bu gün yoxlama görüşündə İtaliyanın "Latsio" klubu ilə üz-üzə gələcək.   Sfer...