Bu gün Azərbaycan kinosunun yaranma günüdür

Bu gün Azərbaycan kinosunun yaranma günüdür

Bu gün Azərbaycan kinosunun yaranma günüdür.

 

Sfera.az xəbər verir ki, ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

 

Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra - 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" sənədli xronikası və "İlişdin" adlı bədii süjetlərini nümayiş etdirmişdi. Məhz həmin gün milli kinonun yaranma günü hesab olunur.

 

Ötən əsrin əvvəllərində "Pate", "Pirone", "Filma" kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında "Neft və milyonlar səltənətində", 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında "Arşın mal alan" qısametrajlı bədii filmləri çəkilib.

 

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış "Qız qalası" bədii filmi olub.

 

1923-26-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək "Azdövlətkino", "Azərkino", "Azərfilm", "Azdövlətkinosənaye", "Bakı kinostudiyası", "Azərbaycanfilm" adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.

 

"Azərbaycanfilm"də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən "Arşın mal alan", "Şərikli çörək", "Ad günü", "İstintaq", "Yaramaz" və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən "Ögey ana", "Uzaq sahillərdə", "Arşın mal alan", "Bizim Cəbiş müəllim", "Axırıncı aşırım", "Nəsimi", "Özgə vaxt", "Sarı gəlin" və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb


OXŞAR XƏBƏRLƏR

Azərbaycan qazının Suriyaya ixracı bu ölkənin bərpasına töhfə verəcək - Mikayıl Cabbarov

"Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı bu ölkənin bərpasına öz töhfəsini verəcək".   Sfera.az APA-ya istinadən xəbər verir k...

Dörd kosmonavt kosmosa göndərildi

“Boeing” şirkətinin “Starliner” kosmik gəmisində yaşanan texniki nasazlıqlar səbəbindən uçuşu bir il təxirə salınan dörd nəfərlik kosmon...

Azərbaycan qazının Suriyaya ixracına başlanılıb - VİDEO

Türkiyənin Kilis vilayətinin Yavuzlu kəndində Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, qeyd olun...

Avropa sürücülük vəsiqəsinə yaş məhdudiyyəti qoydu - Yenilik

Avropa İttifaqı (Aİ) sürücülük təhlükəsizliyini artırmaq məqsədilə yeni yaş məhdudiyyəti tətbiqinə başlayıb. Yeni qaydalar İspaniyada qüvvəyə minib.   ...

Bakıda 38 dərəcə isti var - FAKTİKİ HAVA

Avqustun 2-si saat 10:00-a olan faktiki hava açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az verilən məlumata görə, avqustun 2-si saat 10:...

Kredit kartı ilə borclanma məhdudlaşdırılır – Səbəb

Mərkəzi Bank istehlak kredit kartları ilə bağlı yeni requlyativ dəyişikliklər edib. Yeni qaydalara əsasən, borcalanın kredit kartı üzrə borcu onun xalis, vergid...