Cavid Süleymanlıya nazirlikdə yüksək vəzifə verildi - FOTO

Cavid Süleymanlıya nazirlikdə yüksək vəzifə verildi - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni təyinat olub.

 

Sfera.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, iqtisad elmləri üzrə fəlsəfə doktoru Cavid Elxan oğlu Süleymanlı Agentliyin İqtisadi təhlil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, Cavid Süleymanlı bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Menecment ixtisası üzrə, magistratura təhsilini Türkiyənin Mərmərə Universitetində Beynəlxalq siyasi iqtisadiyyat üzrə, doktorantura təhsilini isə "2019-2023-cü illərdə Azərbaycanda ali təhsilin beynəlxalq rəqabətliliyini artırmaq üzrə Dövlət Proqramı" çərçivəsində Türkiyənin İstanbul Universitetində alıb və sözügedən Dövlət Proqramının ilk məzunu olmaqla 26 yaşında ölkənin ən gənc alimlərindən biri olub. Gənc alimin yüksək impakt faktorlu jurnallar olmaqla bir çox akademik məqaləsi mövcuddur. Elm sahəsində fəaliyyətinə görə 2023-cü ildə "İlin gənci" mükafatına layiq görülüb.

 

O əmək fəaliyyətinə 2019-cu ildə UNEC-də müəllim olaraq başlayıb. 2022-2024-cü illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində məsləhətçi, baş məsləhətçi və sektor müdiri vəzifələrində çalışıb.

 

2024-cü ilin iyun ayından etibarən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində baş mütəxəssis vəzifəsində çalışırdı.


OXŞAR XƏBƏRLƏR

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...

Yaponiyada artıq çəkili olmaq həqiqətən qadağandırmı?

Yaponiyada artıq çəkidən əziyyət çəkən şəxslərin vergiyə cəlb edilməsi və ya artıq çəkili olmanın qeyri-qanuni hesab edildiyi barədə şayiələr zaman-zaman yenidə...