Vüqar Qurbanovdan yeni təyinatlar - FOTO

Vüqar Qurbanovdan yeni təyinatlar - FOTO

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) nəzdində olan tibb müəssisələrinə yeni rəhbər şəxslər təyin olunub.

 

Sfera.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

 

Belə ki, Abbas Səhhət adına xəstəxanaya İlqar Əliyev, Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya Turanə Rüstəmova rəhbərlik edəcək.

 

Qeyd edək ki, Abbas Səhhət adına xəstəxanaya rəhbərlik edəcək İlqar Əliyev ixtisasca ümumi cərrahdır və yeni təyinata qədər Müdafiə Nazirliyinin Quru Qoşunlarının Tibb Xidmətində çalışıb.

 

Akademik Zülfüqar Məmmədov adına xəstəxanaya rəhbərlik edəcək Turanə Rüstəmova isə ixtisasca həkim reanimatoloq-anestezioloqdur və yeni təyinata qədər həmin xəstəxanada Təcili tibbi yardım şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib.


OXŞAR XƏBƏRLƏR

Laos Prezidenti Putinə bir cüt fil HƏDİYYƏ ETDİ - VİDEO

  Laos Prezidenti Thongloun Sisoulith Rusiya ilə diplomatik əlaqələrin qurulmasının 65-ci ildönümü münasibətilə prezidenti Vladimir Putinə bir cüt fil h...

DTX-nın Azərbaycanda saxladığı fransız Anass Derraz məhkəmədə ifadə verib

Külli miqdarda rüşvət alma və digər cinayət əməllərində ittiham olunan Fransanın “SAUR” şirkətinin vitse-prezidenti Anass Derrazın barəsində Dövlət ...

Füzulidə yük maşını evakuatorla toqquşdu – VİDEO

Füzulidə yük maşını evakuatorla toqquşub.   Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Alıxanlı kəndində qeydə...

"Fiziki gücüm olmasa da, Fatmaya görə bunu edəcəyəm"

Xalq artisti Afaq Bəşirqızı bir müddət əvvəl insult keçirən həmkarı Fatma Mahmudovaya dəstək olub.   Sfera.az xəbər verir ki, aktrisa "Qonaqcanl...

Türkiyəli müğənni Bakıdakı konsertini ləğv etdi

Bu gün Bakıdakı restoranlardan birində səhnəyə çıxmalı olan türkiyəli müğənni Rza Tamer bundan imtina edib.   Sfera.az xəbər verir ki, bu barədə sosi...

Emin Əmrullayev Fuad Muradovun qayınanası ilə bağlı araşdırma başlatdı

Paytaxtdakı 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyevanın müəllimlərə qarşı uyğunsuz davranışı və səs yazısı ilə bağlı Bakı Şəhəri üzrə Təhsi...