Rusiyadakı səfirlikdən Cəmalə Mirzəyeva ilə bağlı AÇIQLAMA

Rusiyadakı səfirlikdən Cəmalə Mirzəyeva ilə bağlı AÇIQLAMA

Azərbaycanın Rusiyadakı səfirliyi tanınmış aktyor və rejissor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyevanın naməlum taleyi haqqında bir sıra media orqanlarında yer alan məlumatlarla bağlı bəyanatla çıxış edib.

 

Sfera.az xəbər verir ki, bu məsələnin təfərrüatlarını dəqiqləşdirmək üçün səfirlik operativ şəkildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev ilə əlaqə saxlayıb. Telefon danışığı zamanı qeyd olunub ki, bu məsələ ilə əlaqədar Azərbaycanın səlahiyyətli orqanlarından səfirliyə heç bir rəsmi müraciət daxil olmayıb.

 

Eyni zamanda, vəziyyətin ictimai əhəmiyyətini və Azərbaycan ziyalılarının nümayəndələrinin narahatlığını nəzərə alan səfirlik C.Mirzəyevanın taleyinin aydınlaşdırılmasına köməklik göstərilməsi xahişi ilə Azərbaycanın Xarici İşlər Nazirliyinə və digər səlahiyyətli orqanlarına rəsmi sorğular göndərməyi R.Balayevə tövsiyə edib.

 

Səfirlik onu da vurğulayıb ki, C.Mirzəyevanın Rusiya Federasiyasında mümkün vətəndaşlığı nəzərə alınaraq, məsələ Azərbaycan ilə Rusiya arasında ikitərəfli müqavilə və konvensiyaların müddəalarına uyğun həll edilməlidir.

 

Rasim Balayev, öz növbəsində, bu yanaşma ilə razılaşaraq onun adından yayılan məlumatlardan xəbərsiz olduğunu qeyd edib, məsələyə diqqət ayırdığına və həllinə köməklik göstərməyə hazır olduğuna görə səfirliyə təşəkkürünü bildirib.


OXŞAR XƏBƏRLƏR

Dünyanın “ən yaşlı körpəsi” 31 yaşında doğuldu - FOTO

ABŞ-nin Ohayo ştatında qeydə alınan doğuş tibb dünyasında maraqla qarşılanıb. 31 il əvvəl – 1994-cü ildə dondurulmuş embriondan dünyaya gələn Taddeus Dani...

Türkiyədə zəlzələ oldu

Türkiyənin Mərmərə dənizi sahillərində zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD...

İdmançımız AÇ-də 2 medal qazandı

İspaniyanın paytaxtı Madrid şəhərində U 15 və yeniyetmələrin Avropa birinciliyi keçirilir.    Sfera.az xəbər verir ki, son yarış günü  atle...

Evlənmək istəyənlər üçün yeni tələb: Əlavə sənədlər lazımdır

Azərbaycanda nikahın qeydə alınması üçün yeni sənədlər tələb olunur.   Sfera.az xəbər verir ki, qanunla müəyyən olunmuş qaydada qohum evliliklər...

“Paracetamol” tərkibli 2 dərman vasitəsi qüsurlu çıxdı - Geri çağırıldı

İki dərman vasitəsinin könüllü geri çağırılması üçün Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə (AEM) müraciət edilib.   Bu barədə Sfera.az-a Mərk...

Zukerberq “şəxsi super zəka” yaradacaq: Süni intelekt strategiyası dəyişir

"Meta" şirkətinin Baş direktoru Mark Zukerberq süni intellekt sahəsində yeni strategiyasını açıqlayıb. “Şəxsi super zəka” adlanan bu yanaş...