Onkoloji xəstəliklə necə mübarizə aparmasından danışdı


Onkoloji xəstəliklə necə mübarizə aparmasından danışdı

Onkoloji xəstəlikdən əziyyət çəkən müğənni Sevda Əliqızı xəstəliklə necə mübarizə aparmasından danışıb. 

 

Sfera.az xəbər verir ki, sənətçi "Bir gün" verilişində bu günlərdə gözündən də əməliyyat olunduğunu bildirib:

 

"Mənə əsəbiləşmək olmaz. Hələ də onkoloji xəstəliyi bitirməmişəm. Gözüm də əməliyyat olunub. Gün işığında otura bilmirəm. 3 ay qorumalıyam. Çox dözümlü və pozitivəm. Bu xəstəlikdə əsas pozitiv olmaqdır. Hər dəfə yoxlanışa gedirəm, yaxşıdır hər şey. Bu xəstəlik elədir ki, gərək halsız olmayasan. Deməyəsən, yaşayacağam, yoxsa necə. Kimyaterapiyadan çıxanda hamı ağlayır. Mən isə pozitiv olmuşam". 


OXŞAR XƏBƏRLƏR