Bu yolda hərəkət avqustun 24-nə kimi məhdudlaşdırılır

Bu yolda hərəkət avqustun 24-nə kimi məhdudlaşdırılır

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Ələt-Qazax yolunun 27-ci km-də təmir işləri ilə bağlı sürücülərə xəbərdarlıq edib.

 

BDYPİ-dən Sfera.az-a verilən məlumata görə, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 27-ci kilometrində yerləşən dəmir yol körpüsündə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar 1 avqust saat 08:00-dan 24 avqust saat 08:00-dək nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamət üzrə mərhələli şəkildə qismən məhdudlaşdırılacaq:

 

"Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən hərəkətin təşkilində ediləcək dəyişiklikləri nəzərə almalarını, qeyd olunan yol sahəsində xüsusilə diqqətli olmalarını, müvəqqəti yol nişanlarının tələblərinə ciddi əməl etmələrini və təhlükəsizliyi təmin etmələrini xahiş edir.

 

Qaydalara əməl edin ki, yolunuz açıq və təhlükəsiz olsun!"


OXŞAR XƏBƏRLƏR

Azər Yusifzadə vəfat etdi - FOTO

  Respublika Klinik Xəstəxanasının həkimi dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, xəstəxananın həkim-ümumi cərrahı Azər Yusifzadə ...

Şüa yerinə hüceyrə: Gələcəkdə xərçəng müalicəsi dəyişəcək

Elm və texnologiyada baş verən sürətli inkişaflar yaxın illərdə bir sıra ağır xəstəliklərin müalicəsini mümkün edə bilər.    Sfera.az xəbər veri...

Rusiyanı dayandırmaq mümkün olmur - Sanksiyalar fayda vermir

Ukrayna cəbhəsində Rusiya zəif də olsa irəliləyir. Qərbin bütün sanksiyalarına baxmayaraq Rusiyanı dayandırmaq hələ də mümkün olmayıb. Dünən açıqlanan məlumata ...

Dövlət qulluğu imtahanı keçiriləcək – BU TARİXDƏ

Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il avqustun 3-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qrupl...

Zəngəzur dəhlizi reallaşır - İran və Ermənistan münasibətləri necə olacaq?

İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmağa davam edir. Ermənistan Baş naziri Nikol Paşinyandan sonra prezident Vaaqn Xaçaturyan da dəhlizin vacibliyini v...

“Qarabağ”ın “Şkendiya” ilə oyunlarının vaxtı açıqlandı

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Şkendiya” ilə oyunlarının vaxtı müəyyənləşib.   Sfera.az xə...