Tarif Şurasından dərmanların qiyməti ilə bağlı - QƏRAR

Tarif Şurasından dərmanların qiyməti ilə bağlı - QƏRAR

Tarif (qiymət) Şurası yeni dövlət qeydiyyatına alınan 207 dərman vasitəsinin qiymətinin yuxarı həddini təsdiqləyib.

 

Sfera.az Tarif Şurasına istinadən xəbər verir ki, bu barədə qurumun 30 iyun 2025-ci il tarixində keçirilən iclasında müvafiq qərar qəbul edilib.

 

Qərarla 3 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb. Etibarlı təchizatın təmin olunması məqsədilə 79 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb.

 

Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (//tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

 

Qərar 7 iyuldan qüvvəyə minir.

 

Qərarla Tarif Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.


OXŞAR XƏBƏRLƏR

Sürücü sükan arxasında VƏFAT ETDİ

Sürücü sükan arxasında həyatını itirib. Hadisə Xaçmaz-Quba yolunun 1-ci km-də baş verib.   Sfera.az xəbər verir ki, Quba sakini Rövkət Yunusov idarə ...

Çin və Hindistan hədəfdə - Yeni sanksiyalar nefti bahalaşdıracaq?

ABŞ Rusiyadan neft alan ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazırlaşır. Gözlənilir ki, bu sanksiyalardan yayınmaq üçün Rusiyadan neft alan ...

Universitetlərə ixtisas seçiminin TARİXİ AÇIQLANDI

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025 ci il avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.   Bu ...

Gömrük Komitəsində otağı su basdı - VİDEO

Dövlət Gömrük Komitəsinin Yasamal rayonunda yerləşən və bir müddət əvvəl istifadəyə verilmiş yeni inzibati binasında otaqlardan birini su basıb.   Sf...

Bu şəxslər 5 il tez pensiyaya çıxacaq - Qərar verildi

Baş nazir “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda dəyişikli...

Avtomobil sürən Haski meqapolisdə hərəkəti iflic etdi - VİDEO

Hindistanın Mumbay meqapolisindəki hərəkətli yollardan birinin ortasında böyük tıxac yaranıb. Şahidlər “cinayətkarı” videoya çəkmək qərarına gəldikd...