Nazir Sahil Həmidova VƏZİFƏ VERDİ - FOTO

Nazir Sahil Həmidova VƏZİFƏ VERDİ - FOTO

Azərbaycan Texnologiya Universitetinə prorektor təyinatı olub.

 

Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri imzalayıb.

 

Əmrə əsasən, Sahil Zahid oğlu Həmidov universitetin elm və innovasiya məsələləri üzrə prorektoru təyin edilib.

 

1981-ci il avqustun 18-də anadan olan Sahil Həmidov 2002-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tətbiqi kimya ixtisası üzrə bakalavriat pilləsini, 2004-cü ildə isə Analitik kimya ixtisası üzrə magistratura pilləsini bitirib. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən "Analitik kimya" ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.

 

2003/2018, 2023/2024-cü illərdə BDU-da müxtəlif vəzifələrdə (laborant, baş laborant, müəllim, dosent) çalışıb. 2019/2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında böyük məsləhətçi, 2020/2022-ci ildə sektor müdiri vəzifəsində çalışıb.

 

2024-cü ilin 9 sentyabr tarixindən ATU-da elm və innovasiya üzrə müşavir vəzifəsində çalışıb, elm və innovasiya üzrə prorektor səlahiyyətlərini icra edib.

 

Respublika və xarici ölkələrin elmi mətbuatlarında dərc olunmuş 100-ə yaxın elmi əsərin və 3 kitabın müəllifidir. 40-dan çox beynəlxalq elmi konfranslarda məruzələrinin tezisləri çap olunub. ED 2.16 Dissertasiya Şurasının üzvüdür.


OXŞAR XƏBƏRLƏR

"Qarabağda Həyat" sosial media platforması fəaliyyətə başlayıb

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və quruculuq işlərinin, "Böyük Qayıdış"ın gedişatının daha geniş ictimaiyyətə çatdırılm...

Hakim olmaq istəyənlərin nəzərinə - Qaydalar sadələşdirilib

Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsi və ədalət mühakiməsinin keyfiyyətinin artırılması istiqamətində son illərdə mühüm islahatlar həyata keçirilir...

ABŞ Hindistan mallarına rüsumları artıracaq

ABŞ administrasiyası Hindistandan idxal edilən mallara 25% rüsum tətbiq etmək niyyətindədir.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tr...

Vüqar Qurbanov bu xəstəxananın direktorunu və baş həkimini işdən çıxardı - FOTO

  Gədəbəy Rayon Mərkəzi Xəstəxanasında kadr islahatları aparılıb.   Sfera.az xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarə...

Zəlzələdən sonra çoxlu balina ölüb - FOTOLAR

Rusiyanın Kamçatka yarımadasında baş verən 8,8 bal gücündə zəlzələdən sonra Yaponiya sahillərində çoxlu sayda balinanın çıxması müşahidə edilib. Sfera.az x...

Yaponiyada sunami təhlükəsi: Fukuşima AES boşaldıldı

Kamçatka sahillərində baş verən zəlzələdən sonra Yaponiyada sunami təhlükəsi elan edilib.   Sfera.az xəbər verir ki, bu barədə “Röyters” ...