Valideynlər diqqətli olun: Bu oyuncaqlar uşaq davranışlarını dəyişdirir

Valideynlər diqqətli olun: Bu oyuncaqlar uşaq davranışlarını dəyişdirir

Son illər uşaqlar arasında real silaha bənzəyən oyuncaq silahların istifadəsi artmaqdadır. Oyuncaqların dizaynında reallığa yaxın elementlərin üstünlük təşkil etməsi isə bu məsələni təkcə əyləncə vasitəsi yox, həm də psixoloji və sosial baxımdan müzakirə mövzusuna çevirir. Xüsusilə bu cür oyuncaq silahların uşaqların psixi inkişafına, davranış modellərinə və gələcək dünyagörüşlərinə təsiri cəmiyyətin diqqətini çəkməyə başlayıb.

 

Sfera.az bildirir ki, Yenisabah.az mövzunun psixoloji tərəflərini aydınlaşdırmaq və real görünüşlü oyuncaq silahların uşaqlara, xüsusilə yeniyetmələrə təsirini anlamaq üçün psixoloq Nərmin Ağayeva ilə əlaqə saxlayıb. O bildirib ki, real silaha bənzər oyuncaqların yayılması zorakı davranış halların atmasına səbəb olur :

 

“Son dövrlərdə bazarda real silaha bənzər oyuncaqların yayılması uşaqlarda həm psixoloji, həm də sosial problemlərin artmasına səbəb olur. Həmin uşaqlarda aqressiv davranışlar artır, empatiya qabiliyyəti azalır, reallıq və fantaziya qabiliyyəti biri-birinə qarışır, qorxu və travma hisləri çoxalır. Eyni zamanda uşaq beynində oyun və davranış metodları formalaşır. Bunun nəticəsində zorakı davranış hallarında artım müşahidə olunur. Aqressiya onlar üçün normal davranış üsuluna çevrilir". Eyni zamanda valideynin “hamının uşağında var, bizimkində də olsun” kimi fikirləri sosial təzyiqə əsaslanır. Çünki uşağın şəxsiyyət kimi formalaşmasında əsas rolu valideyn oynayır. Uşaqda sosial müqayisə halları artır və o, kütləvi psixologiya təsiri altında yoluna davam edir. Eyni zamanda uşaqlarda risqli davranışlara dözümlülük və onların formalaşması halları yaranır". 

 

O, həmçinin qeyd edib ki, video oyunlardakı zorakılıq halları uşaqlarda empatiya itkisinə səbəb olur:

 

Video oyunlardakı zorakılıq halları uşağın zehininə birbaşa təsir edir, oyuncaq silahlar isə bədən yaddaşına zorakı təsir göstərir. Oxşar cəhət ondan ibarətdir ki, hər ikisində aqressiv davranış formaları olur, empatiya itkisi müşahidə edilir, güc-nəzarət əlaqəsi və desensitizasiya (hissizləşmə) halları baş verir. Eyni zamanda fərqli tərəflər də mövcuddur. Yəni, oyuncaqlarda əsas təhlükə fiziki təmas və sosial təsirlərdən ibarətdir ki, bu da uşaqların təxəyyül aktivliyinə böyük ziyan vurur”.


OXŞAR XƏBƏRLƏR

32 kişi ilə birlikdə 7 il adada qapalı qalan qadın: Kazuko Hiqa

Bu hekayəni ilk oxuduğunuz zaman tamamilə uydurma görünə bilər. Bununla belə, Kazuko Hiqanın təcrübələri real və olduqca təəccüblüdür. İkinci Dünya Müharibəsind...

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.   Sfera.az xəbər verir ki, növbəti ...

Rusiyada 8 bal gücündə zəlzələ oldu - Ölkələrdə sunami təhlükəsi elan edildi

Rusiyanın Severo-Kurilsk şəhərində 7,9 bal gücündə zəlzələ baş verib.   Sfera.az bu barədə TASS-a istinadən xəbər verir.   Bildirilib ki, ...

Salvador Dalinin minlərlə manat dəyərində olan tablosu “qəpik-quruşa” satıldı - TƏFƏRRÜATLAR

Məşhur ispan rəssamı Salvador Dalinin bir tablosu 20-30 000 funt-sterlinq (təxmini 70.000 Azn) qiymətləndirilməsinə baxmayaraq, satışda 150 funt-sterlinqə (8400...

Türkiyədə qidadan kütləvi zəhərlənmə oldu

Türkiyənin Yalova vilayətinin Çiftliköy rayonunda 45 nəfər qida zəhərlənməsi şübhəsi ilə xəstəxanalara müraciət edib.   Sfera.az bu barədə "...

Rusiyada dollar BİR GECƏDƏ BAHALAŞDI

Rusiyada ABŞ dolları bahalaşıb.   Sfera.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının qərarı ilə dolların məzənnəsi 82 rublu ötüb.   Bununla ...