Lerikdə 5 ton narkotik bitki məhv edildi

Cəmiyyət
16:32 / 29.07.2025
3609
Lerikdə 21200 ədəd xaşxaş kolu məhv edilib.
Sfera.az xəbər verir ki, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Mistan kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 5300 kiloqram olan 21200 ədəd xaşxaş kolu yandırılaraq məhv edilib.