Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin - Yeni üzvləri

Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin - Yeni üzvləri

Məlum olduğu kimi, iyulun 24-ü Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. Bununla bağlı Rusiya Baş naziri Mixail Mişustin Sərəncam imzalayıb.

 

Sfera.az xəbər verir ki, “Day.az” informasiya portalında Qusmanın vəzifəsindən azad olunmasının səbəbləri ilə bağlı məqalə dərc olunub.

 

Bildirilib ki, M.Qusmanın III Şuşa Qlobal Media forumunda Azərbaycan Prezidenti İlham Əliyevə verdiyi sual Rusiya elitasında qıcıq yaradıb: “Rusiya Prezident Administrasiyası rəhbərinin media və ictimaiyyətlə əlaqələrə nəzarət edən birinci müavini Aleksey Qromov onun haqqında kəskin danışıb. Bundan əlavə, TASS-ın baş direktoru Andrey Kondraşov da Qusmana öz narazılığını bildirib”.

 

Məqalədə, həmçinin Rusiya hakimiyyətində anti-Azərbaycan əhval-ruhiyyəsinin artmasından da bəhs olunub. Bununla yanaşı, Azərbaycanda vəzifədən uzaqlaşdırılan Rusiya təsir şəbəkəsinə də toxunulub.

 

Yazıda həmin şəbəkənin üzvü olmuş bir neçə şəxsin adı da açıqlanıb. Vurğulanıb ki, 2020-ci ildə Vətən müharibəsi ərəfəsində Rusiyanın ölkədəki təsir dairəsinə qarşı ciddi zərbələr endirildi və şəbəkənin rəhbəri olan Ramiz Mehdiyev, eləcə də ordudakı uzantısının rəhbəri Nəcməddin Sadıkov vəzifədən kənarlaşdırılıdı. Həmin dövr ərzində Əli Həsənov, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Oktay Əsədov, Azad Rəhimov, Eldar Mahmudov oxşar aqibətlə üzləşdi.

 

 

Bu yerdə Milli Məclisin sabiq sədri Oqtay Əsədovun adı da diqqət çəkir. Onun Rusiya şəbəkəsi ilə əlaqələri barədə daha əvvəl hər hansı məlumat ictimailəşməmişdi.

 

Və bu yaxınlarda bu rusiyayönlü şəbəkənin Azərbaycandakı daha bir üzvü - Azər Qasımov ifşa edildi. Bu kontekstdə bir vaxtlar deputat olmuş, sonradan “yoxa çıxan” Elşad Mirbəşirin adı da xüsusi vurğulanıb, onun Rusiya şəbəkəsinin maraqlarına xidmət etməsindən bəhs edilib.

 

Onun Rusiya FTX ilə əlaqələri üzə çıxdıqdan sonra o, ictimai arenadan və Sosial Tədqiqatlar Mərkəzindən uzaqlaşdırıldı. Son aylarda “Rus evi” və “Sputnik” kimi strukturların fəaliyyəti də ölkədə məhdudlaşdırılıb.

 

Məqalədən də göründüyü kimi, Moskvanın Azərbaycana qarşı tutduğu radikal mövqe heç də rəsmi Bakının Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı deyil. Belə ki, ölkəmizdə Rusiya şəbəkəsinə qarşı həyata keçirilmiş tədbirlər şimal qonşumuzun yumşaq desək, xoşuna gəlməyib.

 

Göründüyü kimi Kremli qəzəbləndirən əsas faktor Azərbaycanda Rusiya şəbəkəsinə qarşı görülən ardıcıl tədbirlərdir.

 

Xəbəri rus dilində oxuyun: Агентурная сеть РФ в Азербайджане - новые имена

 

Bütün bunlar dövlətimizin Rusiya da daxil olmaqla xarici ölkə agenturalarına qarşı apardığı tədbirlərin effektini göstərməklə zamanlamanın düzgünlüyünü ortaya qoyur. Əgər bir neçə il əvvəl Rusiya agenturasına qarşı bu tədbirlər həyata keçirilməsəydi, onların ölkədə hansı təxribatlar törədəcəyi, nə kimi fəaliyyətlər göstərəcəyini təxmin etmək heç də çətin olmazdı.


OXŞAR XƏBƏRLƏR

Daha bir direktorun səs yazısı yayıldı - VİDEO

Ucar rayonunun Yuxarı Şilyan kəndində yerləşən uşaq bağçasında tərbiyəçi müəllim kimi çalışan Şəbnəm İsayeva iddia edir ki, bağçanın müdir əvəzi Emin Orucov onu...

Çimərlik geyimi ilə gəzənlər cərimələnəcək

İspaniyanın Malaqa şəhərinin hakimiyyəti itaətsiz davranışlarına görə turistlərə qarşı qətiyyətli tədbirlər görüb. Belə ki, istirahətə gedənlərin çimərlik ...

Nazir Sahil Həmidova VƏZİFƏ VERDİ - FOTO

Azərbaycan Texnologiya Universitetinə prorektor təyinatı olub.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əm...

Məleykə Əsədova estetik etdirib? - VİDEO PAYLAŞDI

Xalq artisti Məleykə Əsədovanın estetik etdirdiyi iddia olunub.   Sfera.az bildirir ki, buna səbəb Əsədovanın paylaşdığı video olub.   ...

Keçmiş yüksək vəzifəli məmur xərçəngə tutuldu- FOTO

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi, hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Arif Qaraşovun səhhətində ciddi problemlər...

Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb

Milli Məclisin sədri Sahibə Qafarova Cenevrəyə işgüzar səfəri çərçivəsində Parlament Sədrlərinin VI Dünya Konfransında iştirak edib.   Milli Məclisin...