Logo

Ramil Usubov Ehsan Zahidova müavin təyin etdi

Ramil Usubov Ehsan Zahidova müavin təyin etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətində yeni təyinat olub.

Sfera.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu barədə əmr imzalayıb.
 
Əmrə əsasən, DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə tutduğu vəzifədən azad edilərək mətbuat xidməti rəisinin müavini təyin edilib. Onun yerinə isə hələlik təyinat yoxdur.
 
Qeyd edək ki, O.Mansurzadə 1995-ci ildən daxili işlər orqanlarında xidmət edir. Son yeddi ildə isə o DİN-in mətbuat xidmətində şöbə rəisi vəzifəsində çalışıb.
 
Xatırladaq ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib. Onun yerinə mətbuat xidmətinin rəis müavini olmuş, polis polkovniki Ehsan Zahidov təyinat alıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR