Onlara hərbi xidmətdən möhlət hüququ veriləcək

Onlara hərbi xidmətdən möhlət hüququ veriləcək

Peşə təhsili alan gənclər hərbi xidmətə çağırışla bağlı müəyyən şərtlər daxilində möhlət hüququ əldə edirlər.

 

Sfera.az modern.az-a istinadən xəbər verir ki, bu, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 21.1.2-ci maddəsində əksini tapıb.

 

Həmin maddəyə əsasən, peşə təhsili müəssisələrində təhsil alan və bu təhsil müəssisələrinə daxil olana qədər tam orta təhsil almamış çağırışçılar üçün 20 yaşınadək müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət verilir.

 

Qanunun bu müddəası peşəkar bacarıqlar qazanmaq istəyən gənclərin təhsil prosesinin hərbi xidmətə görə yarımçıq qalmamasını təmin etmək məqsədi daşıyır.

 

Xatırladaq ki, möhlət hüququ yalnız qeyd olunan şərtlərə cavab verən şəxsləri əhatə edir və 20 yaş tamam olduqdan sonra hərbi xidmətə çağırış qüvvədə qalır.

 

Məlumat üçün bildirək ki,  “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna edilmiş son dəyişikliklə ümumi təhsil müəssisələrində tam orta təhsil alanlara da 20 yaşınadək hərbidən möhlət hüququ verilir.


OXŞAR XƏBƏRLƏR

Putin və Netanyahu arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putin ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu b...

Bakının bu hissəsində nəqliyyat vasitələrinin hərəkəti MƏHDUDLAŞDIRILACAQ

İyulun 29-da saat 08:00-dan saat 22:00-a qədər Bakının Səbail rayonunda - Salyan şosesində (20-ci Sahə dairəsindən Bibiheybət məscidi istiqamətində) aparılacaq ...

Azərbaycanlı Balidə oğurluğa görə həbs olundu

İndoneziyanın Bali şəhərində valyutadəyişmə məntəqəsindən pul oğurlamaqda şübhəli bilinən 35 yaşlı azərbaycanlı kişi həbs edilib.   Sfera.az xəbər ve...

DTX imtahanlarda texniki fırıldaqçılıqla məşğul olan şəbəkə təşkilatçılarını saxlayıb

Ali məktəblərə qəbul imtahanlarında müsbət nəticə əldə etmək məqsədilə bir sıra abituriyentləri xüsusi gizli texniki avadanlıqlar komplekti (mikroqulaqcıq, mikr...

289 şagirdin nəticəsi ləğv olundu

Lisey və gimnaziyalara keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarının nəticələrinin təhlili zamanı müəyyən olunan uyğunsuzluqların əlavə araşdırılması davam e...

Bakı şəhərinə bu aylarda 200 yeni avtobus gətiriləcək

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir.   Agentlik...