Dənizdə batma təhlükəsi olan 15 nəfər xilas edilib - FHN

Cəmiyyət
11:35 / 28.07.2025
3745
Ötən həftə ərzində 780 yanğına çıxış, 50 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 10-u azyaşlı olmaqla 51 nəfər, o cümlədən dənizdə batma təhlükəsi olan 15 nəfər xilas edilib, 7 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Firuzə Əliyeva
Sfera.az