Türkiyə rusiyalı jurnalistləri ölkədən çıxardı
Kateqoriya məlum deyil
Türkiyə “Rossiya 1” telekanalının çəkiliş qrupunu deportasiya edib.
Sfera.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ümumrusiya dövlət teleradio şirkətinin mətbuat xidmətindən bildirilib.
Rəsmi Ankara Rusiya səfirliyinə baş verən hadisənin səbəblərini açıqlamaqdan imtina edib.
“Jurnalistlər Türkiyənin cənub-şərqində Suriya ilə sərhəd Hatay əyalətində saxlanılıblar. Bu, onlar qonşu Qaziantep əyalətinə yollanarkən baş verib”, - məlumatda bildirilir.
“Xüsusi müxbir” verilişinin jurnalistlərinin mülki geyimli naməlum şəxslər tərəfindən saxlanıldığı bildirilir. Rusiya telekanalı iddia edir ki, jurnalistləri saxlayan şəxslər özlərini təqdim etməkdən və sənədlərini göstərməkdən imtina ediblər.






