Logo

Bu dövlət qurumları avtomobillərini satışa çıxarır - SİYAHI

Bu dövlət qurumları avtomobillərini satışa çıxarır - SİYAHI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi bir sıra dövlət qurumlarının nəqliyyat vasitələrinin hərracını təşkil edir.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, martın 14-də keçirilməsi planlaşdırılan hərraca Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı "FİAT Doblo" (buraxılış ili - 2008), Ədliyyə Nazirliyi Pentensiar Xidməti VAZ-2121 (1984), VAZ-2107 (1995), QAZ-330720 (2007), QAZ-3309-1372-09-229 (2007), QAZ-330700-1012 (2007), Bakı şəhər İcra Hakimiyyəti Bakı şəhər Ticarət və Xidmət Departamenti "Honda Civic" (2008), Təhsil Nazirliyi Respublika Texniki Yaradıcılıq Mərkəzi QAZ-31105-120 (2006) markalı avtomobilləri çıxarılacaq.

"FİAT Doblo"nun start qiyməti 3500 manat, VAZ-2121-in 1000 manat, VAZ-2107-nin 1000 manat, QAZ-330720-nin 3000 manat, QAZ-3309-1372-09-229-un 4000 manat, QAZ-330700-1012-nin 4500 manat, "Honda Civic"in 4600 manat, QAZ-31105-120-in 1600 manat təşkil edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR