Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb


Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə radioaktiv maddələrin mövcudluğu ilə bağlı aparılan araşdırmalara İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) cəlb olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə Teleqraf-a İRİA-dan məlumat verilib.

 

Bildirilib ki, agentliyin Nüvə tədqiqatları departamenti (NTD) tərəfindən keçirilmiş radioloji monitorinqlər zamanı işğaldan azad olunmuş rayonların minadan və müharibənin partlamamış qalıqlarından təmizlənmiş ərazisində 4 ədəd sahibsiz və ya itirilmiş radioaktiv tullantı aşkar edilib.

 

2024-cü il ərzində İRİA NTD tərəfindən keçirilmiş radioloji monitorinqlər zamanı işğaldan azad olunmuş 10 rayonun (Zəngilan, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl, Xocavənd, Ağdam, Laçın və Kəlbəcər rayonları, o cümədən Tərtər rayonunun Suqovuşan və Talış kəndləri) ərazilərində radioloji və radioekoloji tədqiqatlar aparılıb.

 

Zəngilan rayonun Mincivan qəsəbəsində keçmiş kimya birliyi ərazisində aşkar edilmiş tərkibində "²²⁶Ra" radioaktiv maddəsi olan bir ədəd əşyanın, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi ərazisində vurulmuş "T-72" düşmən tankının içərisindən yüksək alfa və qamma şüalanma mənbəyi olan "²⁴¹Am" radioaktiv materialının, Kəlbəcər rayonunun Zod kəndi ərazisində düşmən tərəfindən qanunsuz olaraq istismar olunan "Zod" qızıl zavodu ərazisində daxilində alfa və qamma şüalanma mənbəyi olan "²²⁶Ra" radioaktiv maddəsinin və Şuşa şəhərində "N" saylı hərbi hissənin Zenit Raket Batareyasının (ZRAB) avtoparkı ərazisində aşkar edilən radioaktiv izotop saxlayan naməlum cihaz hissəsinin radioloji, nüvə kriminalistik ekspertizası İRİA NTD tərəfindən həyata keçirilib.

 

Müfəssəl sahəvi plana uyğun olaraq yuxarıda adları qeyd olunan işğaldan azad olunmuş rayon və kənd yolları üzərində avtoqamma radiometrik-dozimetrik ölçmələr aparılıb. Avtomobil yollarının uzunluğu 1.462 km olmaqla, 546 590 nöqtədə avtoqamma radiometrik-dozimetrik ölçmələr yerinə yetirilib.

 

2024-cü il ərzində keçirilmiş monitorinq zamanı işğaldan azad olunmuş rayonların ərazisinin minadan və müharibənin partlamamış qalıqlarından təmizlənmiş kənd və qəsəbə yolları, planlaşdırılan dövlət əhəmiyyətli obyektlər - o cümlədən 110/35/10 kVt-lıq 7 yarımstansiya, 3 kiçik su elektrik stansiyası və 3 hava limanı ərazilərini əhatə etməklə - 64 planlaşdırılan dövlət əhəmiyyətli obyekt radioloji tədqiqata cəlb edilib.

 

Bu çərçivədə 5 625 nöqtədə piyada qamma dozimetrik ölçmələr aparılıb.

 

İşğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş sahibsiz və ya itirilmiş radioaktiv materiallar barəsində İRİA NTD ölkədə tənzimləyici qurum olan Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyini məlumatlandırıb və aidiyyəti qaydada utilizasiya olunması üçün FHN-in İzotop Xüsusi Kombinatına təhvil verib.

 

İşğaldan azad olunmuş ərazilərdə radioaktiv materialların gələcəkdə də aşkar edilməsi ehtimalı nəzərə alınaraq, NTD tərəfindən nəzarətdən kənar və qanunsuz dövriyyə nəticəsində aşkar edilmiş nüvə və radioaktiv materialların tədqiqi və uçotu məqsədilə Nüvə Tədqiqatları Kitabxanasının Məlumat Bazası yaradılıb.

 

İRİA "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın "İşğaldan azad olunmuş ərazilərdə radioloji və radioekoloji tədqiqatların aparılması" adlı 6.1.1 bəndi üzrə işləri 2026-cı ilədək davam etdirir.


OXŞAR XƏBƏRLƏR

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...

Daun sindromunun müalicəsində irəliləyiş: Alimlər əlavə 21-ci xromosomu çıxara bildilər

Yapon alimləri tibbdə əsl sıçrayış əldə ediblər. Onlar Daun sindromuna səbəb olan əlavə 21 xromosomu tamamilə çıxara biliblər.   Sfera.az bildirir ki...