Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin üzvləri – SENSASİON ADLAR

Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin üzvləri – SENSASİON ADLAR

Məlum olduğu kimi, iyulun 24-də Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. Bununla bağlı Rusiyanın baş naziri Mixail Mişustin sərəncam imzalayıb.

 

Sfera.az Bizim.media-ya istibadən xəbər verir ki, “Day.az” informasiya portalında Qusmanın vəzifəsindən azad olunmasının səbəbləri ilə bağlı məqalə dərc olunub.

 

Qusmanın vəzifədən azad olunmasının pərdəarxası

 

Sözügedən məqalədə bildirilib ki, Qusmanın III Şuşa Qlobal Media forumunda Azərbaycan Prezidenti İlham Əliyevə verdiyi sual Rusiya elitasında qıcıq yaradıb:
 

 

“Rusiya Prezident Administrasiyası rəhbərinin media və ictimaiyyətlə əlaqələrə nəzarət edən birinci müavini Aleksey Qromov onun haqqında kəskin danışıb. Bundan əlavə, TASS-ın baş direktoru Andrey Kondraşov da Qusmana öz narazılığını bildirib”.

 

Məqalədə həmçinin Rusiya hakimiyyətində antiazərbaycan əhval-ruhiyyəsinin artmasından da bəhs olunub:
 

 

“Rusiyanın Azərbaycana qarşı antaqonizmi təkcə Bakının Ukraynanın ərazi bütövlüyünü tanıması ilə bağlı deyil. Bu münasibətin kökləri Moskvanın Azərbaycanın suveren siyasətini qəbul edə bilməməsi ilə əlaqəlidir.

 

Azərbaycan dövləti ölkə ərazisində xarici təsir şəbəkələrinə qarşı ardıcıl mübarizə aparır. Qərb agentləri, İranın təsir şəbəkəsi - bunların hamısı ardıcıl olaraq ifşa edilib və məhv edilib.
 

 

Azərbaycan heç vaxt imkan verməyib ki, hər hansı qüvvə ölkəmizdən öz maraqları üçün istifadə etsin. Təəccüblü deyil ki, növbə Moskvanın uzun illərdir qurduğu Rusiya təsir şəbəkəsinə çatıb”.

 

Rusiya təsir şəbəkəsinin ifşası

 

Məqalədə Azərbaycanda vəzifədən uzaqlaşdırılan Rusiya təsir şəbəkəsinin üzvlərinin adları da qeyd olunub:
 

 

“2020-ci ildə Vətən müharibəsi ərəfəsində Rusiyanın ölkədəki təsir dairəsinə qarşı ciddi zərbələr endirildi. Ramiz Mehdiyev və Nəcməddin Sadıqovun vəzifədən çıxarılması bu xəttin başlanğıcı idi. Həmin dövr ərzində Əli Həsənov, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Oktay Əsədov, Azad Rəhimov, Eldar Mahmudov oxşar aqibətlə üzləşdi.

 

Son olaraq isə Azər Qasımov vəzifəsindən azad edildi.
 

 

Bu kontekstdə bir vaxtlar deputat olmuş, sonradan “yoxa çıxan” Elşad Mirbəşiri də xatırlamaq yerinə düşər. FSB ilə əlaqələri üzə çıxdıqdan sonra o, ictimai arenadan və Sosial Tədqiqatlar Mərkəzindən uzaqlaşdırıldı.

 

Son aylarda “Rus evi” və “Sputnik” kimi strukturların fəaliyyəti də ölkədə məhdudlaşdırılıb”.

 

Məqalədən də göründüyü kimi, Moskvanın Azərbaycana qarşı tutduğu radikal mövqe heç də rəsmi Bakının Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı deyil. Kremli qəzəbləndirən əsas faktor Azərbaycanda Rusiya şəbəkəsinə qarşı görülən ardıcıl tədbirlərdir.


OXŞAR XƏBƏRLƏR

"Dost ana-atadan üstündür"

"Sənətdə rəqabət var deyə, dostluq bir az müəmmalıdır. Çünki hamı öndə olmaq, daha yaxşısını etmək istəyir. Amma dost üçün fərq etmir kim öndədədir. Əsas o...

Sahibi izsiz şəkildə yoxa çıxıb: 1 milyonlu malikanə aşkar edildi

Londonun kənarındakı tərk edilmiş malikanə ora baş çəkməyi bacaranlarda təxəyyülü həyəcanlandırır və həqiqi emosiyalar oyadır.   Ev demək olar ki, ta...

Azərbaycana Qərbi Avropadan turist axını kəskin artdı

Bu ilin iyun ayında Azərbaycana Qərbi Avropa ölkələrindən 10 073 turist ziyarət edib, bu isə ötən ilin eyni ayı ilə müqayisədə 19 % çoxdur.   Sfera.a...

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...

Daun sindromunun müalicəsində irəliləyiş: Alimlər əlavə 21-ci xromosomu çıxara bildilər

Yapon alimləri tibbdə əsl sıçrayış əldə ediblər. Onlar Daun sindromuna səbəb olan əlavə 21 xromosomu tamamilə çıxara biliblər.   Sfera.az bildirir ki...