Bakıda torpaq iyunda kəskin bahalaşıb

Bakıda torpaq iyunda kəskin bahalaşıb

Bu ilin iyun ayında Bakının bütün rayonlarında torpaq sahələrinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Report-a "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.

 

Onun sözlərinə görə, ən yüksək bahalaşma və qiymət səviyyəsi Səbail rayonunda qeydə alınıb. Burada bir sot torpağın orta qiyməti 422 780 manat təşkil edib ki, bu da illik müqayisədə 28% çoxdur.

 

Nərimanov və Nəsimi rayonları da torpaq bazarında yüksək göstəricilərlə seçilib. Nərimanovda orta qiymət 296 591 manat (+ 13% ), Nəsimidə isə 292 385 manat (+20% ) olub.

 

Ötən ay bir sot torpağın orta qiyməti Yasamal rayonunda 202 588 manat (+25%), Xətai rayonunda 232 965 manat (+12%), Nizami rayonunda 63 842 manat (+18%), Binəqədi rayonunda 54 875 manat (+14%), Sabunçu rayonunda 46 352 manat (+10,5%), Xəzər rayonunda 25 988 manat (+11%), Suraxanı rayonunda 25 541 manat (+10%), Qaradağ rayonunda 14 971 manat (+7%), Pirallahı rayonunda isə 9 124 manat (+8%) olub.


OXŞAR XƏBƏRLƏR

Emin Ağalarov bunu da etdi: Bakı səmasında ağlasığmaz görüntülər - VİDEO

Tanınmış iş adamı və müğənni Emin Ağalarov “Sea Breeze” layihəsinin davamı kimi nəzərdə tutulan yeni “Süni Ada” layihəsini qeyri-adi for...

Məzuniyyətə gələn əsgəri maşın vurub xəstəxanalıq etdi

Qubada məzuniyyətə gələn əsgəri avtomobil vurub.   Sfera.az xəbər verir ki, hadisə rayonun Rustov kəndi ərazisində baş verib.   Belə ki, h...

Daun sindromunun müalicəsində irəliləyiş: Alimlər əlavə 21-ci xromosomu çıxara bildilər

Yapon alimləri tibbdə əsl sıçrayış əldə ediblər. Onlar Daun sindromuna səbəb olan əlavə 21 xromosomu tamamilə çıxara biliblər.   Sfera.az bildirir ki...

Lənkəranda xilasedici dənizdəki tora ilişərək XƏSARƏT ALDI

Lənkəranda çimərlikdə xidmət aparan xilasedici gözlənilməz şəkildə dənizdəki balıqçı toruna ilişərək xəsarət alıb. Sfera.az xəbər verir ki, Bizim...

Ağdam qəzasında xəsarət alan şəxslərin kimliyi AÇIQLANDI

Ağdamda baş vermiş yol qəzasında yaralanan şəxslər Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.   Sfer.az xəbər verir ki, onların kimliyi mə...

Dünyada ilk tək: Hibrid fil nə vaxt doğuldu və ona nə oldu?

Hələ 1978-ci ildə Böyük Britaniya zooparkında bənzərsiz bir fil balasının doğulması genetik unikallığı ilə bütün dünyanın diqqətini çəkmişdi. O, müxtəlif növlər...