Logo

İlham Əliyevin vitse-prezident olan bacısı oğlundan heyrətləndirən VİDEO

İlham Əliyevin vitse-prezident olan bacısı oğlundan heyrətləndirən VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyev Instagram-da yeni video paylaşıb.

Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti olan Azərin son paylaşdığı videodan formada olduğunu görmək olar. 170 kq. çəki ilə məşq edən Azər izləyənləri heyran qoyub.

Qeyd edək ki, hər Azər Əliyev peşəkar idmançıdır. O, 2 iyul 2011-ci ildə Çexiyanın paytaxtı Praqada paurliftinqin WPC versiyası üzrə gənclər arasında 100 kq-da yarışan Azər Əliyev 3 hərəkətin cəmində 600 kq ağırlığın öhdəsindən gəlib və 5-ci yeri tutub.

23 noyabr 2011-ci ildə Latviyanın paytaxtı Riqada paurliftinqin WPC versiyası üzrə dünya çempionatında yarışan idmançımız fəxri kürsüyə yaxın olub. Azər Əliyev 100 kq-da ləvazimatsız 610 kq qaldıraraq 4-cü yeri qazanıb.

2014-cü ildə isə Azər Əliyev Açıq Avrasiya Kuboku yarışında 250 kq-lıq nəticə ilə gümüş medala sahib olub.

baku.ws 
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR