"Dərmanlarımı almaq üçün corab satıram" -Allahverdi Yolçuyev


"Dərmanlarımı almaq üçün corab satıram" -Allahverdi Yolçuyev

Aktyor Allahverdi Yolçuyev şəhərin mərkəzi küçələrində corab satır.

 

Sfera.az xəbər verir ki, bunu aktyor "Astar" yutub layihəsində deyib. O, dərmanlarını almaq üçün bu işlə məşğul olduğunu bildirib:

 

"Mən xəstələnəndən fikirləşirdim ki, alternativ bir iş tapım. Birtəhər öz dərmanlarımı alım. Neçə ldir xəstəyəm. Səhhətim həkimlərin sayəsində pis deyil. Artıq bir il olar ki, beyin pili əməliyyatı keçirmişəm. Fikirləşdim ki, ən yaxşısı corabdır. Uşaqlıqda göyərti, günəbaxan toxumu, əncir satmışam. Utanmalı bir iş deyil. Mən öyrəşməmişəm ki, evdəkilərdən pul istəyim. Qızlarımın həyat yoldaşları bilmir corab satıram, məni qoymazlar. Bu barədə o qədər yazdılar ki, təkzib etdim.

 

Corab alanlar olur. İki manata alıram, 4-5 manata satıram. Günə 10-15 manat qazanc olur. Xalqımıza qurban olum, məni çox istəyirlər. Kişinin biri mənə 5 manat uzatdı ki, götür. Dedim ki, lazım deyil. Bir az pis çıxır. Niyə dilənməliyəm? Ayıbdır axı, yaş, tanışlıq, teatrda rollarım, 50 illik stajım, sənət yoldaşlarım var. Xalq artisti Sabir Məmmədov zəng edir ki, tez kartını at, sənə pul göndərim. Demişəm ki, lazım deyil. Halal pulumu qazanıram. Yəqin ki, dövlətin yadına düşərəm".

 

Allahverdi Yolçuyev dövlətdən dərmanlarını almaq üçün maliyyə dəstəyi istədiyini bildirib:

 

"Mədəniyyət naziri Adil Kərimli iki dəfə mənə zəng vurub. Demişəm, fəxri ad yox, maliyyə dəstəyi istəyirəm ki, dərmanlarımı ala bilim. Yaşa görə 336 manat təqaüd alıram. Özümü qoca saymıram, teatrda çalışa bilərəm. Dublyajda da 30 ilə yaxın işləmişəm. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əliqismət Lalayev mənim tələbə yoldaşım olub. Dedilər ki, teatrda yer yoxdur. Xalq artisti olsaydın, bir yer tapardıq"


OXŞAR XƏBƏRLƏR

Sosial şəbəkədə varlı görünmək istəyi gənc oğlana baha başa gəldi

Londonun mərkəzində bərbəri milyarderlə səhv salıb qaçırıblar. Belə ki, quldurlar 21 yaşlı belçikalı bərbərin zəngin kriptovalyuta alverçisi olduğunu düşünərək ...

Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə F...

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 ...

İtaliyada yaşamaq üçün işini, ərini və uşaqlarını atdı - FOTOLAR

ABŞ-dan olan 64 yaşlı Cindy Sheegan (Sindi Şiqan) həyatını tamamilə dəyişib: o, işini atıb, ərindən boşanıb və xaricdə xoşbəxtlik tapmaq üçün vətənini tərk edib...

Adi bir səhv edərək lotereyada böyük cekpot qazandı

Meriland (ABŞ) sakini dörd il ərzində iki dəfə lotoreyada qalib gəlib. Britaniya vətəndaşı olan gənc qadın həyatında ikinci dəfə böyük cekpot qazanıb: onun uğur...

Allahverdi Yolçuyev işlə təmin olundu

Sosial şəbəkələrdə corab satdığı görüntülər yayılan aktyor Allahverdi Yolçuyev işlə təmin olunub.    Sfera.az xəbər verir ki, o, bu barədə Baku ...