Azərbaycan XİN də Rusiyaya başsağlığı verdi
Kateqoriya məlum deyil
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amur vilayətində baş vermiş təyyarə qəzası ilə bağlı Rusiyaya başsağlığı verib.
Sfera.az xəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib.
“Rusiya Federasiyasının Amur vilayətində təyyarə qəzası nəticəsində insanların faciəli ölümü bizi dərindən kədərləndirdi. Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - başsağlığında qeyd olunub.






