Taksi sürücülərinə sertifikatlar veriləcək

30 iyun tarixində keçirilmiş taksi sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığının qiymətləndirilməsi imtahanından müvəffəqiyyətlə şəxslərə sertifikatlar veriləcək.
Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, avtomobil sürücülərinin xüsusi hazırlığının qiymətləndirilməsi məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş test imtahanında uğur qazanmış şəxslər şəhadətnamələrini şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küç., 50 ünvanında yerləşən korpusundan əldə edə bilərlər.
Qeyd edilib ki, sertifikatı DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Şirvan, Göyçay, Bərdə, Xaçmaz, Şəmkir regional bölmələrindən əldə etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına şəxsiyyəti təsdiq edən sənədin surətini əlavə etməklə müraciət göndərməlidirlər.