Eldar Əzizov yeni rəis təyin etdi

Cəmiyyət
13:29 / 24.07.2025
10
Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə yeni rəis təyin olunub.
Sfera.az Unikal-a istinadla xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov əmr imzalayıb.
Əmrə əsasən, rəis vəzifəsinə Rəcəb Rəfael oğlu Məmmədov təyinat alıb.
Qeyd edək ki, R.Məmmədov bundan əvvəl Ramana bələdiyyəsinin sədri olub.