Günün ulduz falı - Pul və şans bu bürclərlədir

Yeni günə başlayarkən göy üzü bizə müxtəlif enerjilər göndərir. Bu gün emosional sərhədlər, şəxsi inkişaf, münasibətlər və maliyyə məsələləri bürclərin gündəmində yer alır. Bəzi bürclər üçün yeni başlanğıclar və fürsətlər qapıdadır, bəziləri isə daxili səsini dinləyərək qərarlar verməli olacaq.
Sfera.az gündəlik bürc qoroskopunu təqdim edir:
Qoç
Bu gün şəxsi sərhədləri müəyyənləşdirmək vacibdir. Ətrafınızdakı insanlar sizdən çox şey gözləyə bilər. Emosional və fiziki tükənmədən qaçmaq üçün “yox” deməyi bacarın. İş mühitində gizli rəqabətlər ola bilər, lakin diqqətinizi öz yolunuza yönəltsəniz uğur gələcək. Sevgi münasibətlərində emosional partlayışlardan qaçının, balanslı dialoqa üstünlük verin.
Buğa
Bu gün sosial münasibətlər canlanır. Köhnə dostlarla yenidən əlaqə və ya birgə tədbirlər sizi ruhlandıra bilər. İşdə komanda işi ön plandadır. Romantik sahədə dostluq münasibətləri sevgiyə çevrilə bilər. Maddi məsələlərdə dəstəklər ala bilər və gələcəyə daha ümidlə baxa bilərsiniz.
Əkizlər
Karyerada parlaq bir gün sizi gözləyir. Üzərində işlədiyiniz layihəni təqdim etmək və rəhbərlikdən dəstək almaq üçün əlverişli vaxtdır. Nə dediyiniz qədər necə dediyiniz də önəm daşıyır. Sevgi münasibətlərində hisslərlə məntiq arasında çarpışma yaşaya bilərsiniz.
Xərçəng
Dəyişiklik arzusu sizi yeni insanlarla, məlumatlarla qarşılaşdıracaq. Hüquqi və ya xarici əlaqələr, akademik məsələlər ön plana çıxa bilər. Münasibətlərdə rutin sizi sıxa bilər, partnyorunuzla yeni təcrübələr axtarın. Gününüzü maraq dairənizdə olan sahələrə həsr edin.
Şir
Emosiyalarınız yüksəlir. Maddi məsələlərdə, xüsusən ortaq maliyyələrdə qərarlar verməli ola bilərsiniz. Eşqdə inam və sədaqət önə çıxır, münasibətlərdə dərin söhbətlər və duyğusal təməl möhkəmlənə bilər. Qarşı tərəfin səmimiyyətinə də diqqət yetirin.
Qız
Münasibətlərdə dönüş nöqtəsi yaşaya bilərsiniz. Həm iş, həm də şəxsi münasibətlərdə balans və bərabərlik arayışındasınız. Fədakarlıq yerinə qarşılıqlı anlayış və ədalət qurmaq daha faydalı olacaq. “Biz” olmaq anlayışı bu gün daha çox mənalı olacaq.
Tərəzi
Gündəlik işlərdə məhsuldarlıq artacaq. Diqqət və analitik düşüncə tələb edən tapşırıqlarda fərqlənəcəksiniz. Romantik münasibətlərdə isə anı yaşamaq və spontan davranmaq faydalıdır. Kiçik jestlər və ani xoşbəxtlik anları münasibəti gücləndirəcək.
Əqrəb
Daxili yaradıcı enerjiniz yüksəlir. Bu enerjini incəsənətə, uşaqlarla ünsiyyətə və ya öz duyğularınızı ifadə etməyə yönəldin. Eşqdə ehtiraslı və romantik bir gün ola bilər. Subay Əqrəblər üçün gözlənilməz bir tanışlıq qığılcım yarada bilər. İnstinktlərinizə güvənin.
Oxatan
Ailə məsələləri gündəmdədir. Evdə dəyişiklik, təmir və ya ailə münasibətləri ilə bağlı dialoqlar önə çıxa bilər. Emosiyalara qapılmadan hisslərinizi ifadə edin. Partnyorunuzla birlikdə evdə vaxt keçirmək münasibətinizə güc qatacaq. Keçmiş eşqlər də geri dönə bilər.
Oğlaq
Ətrafınızla əlaqələr artacaq. Vacib görüşlər və yazışmalar gündəminizdə olacaq. Fikirlərinizi dəqiq ifadə etmək sizə üstünlük qazandıracaq. Eşqdə isə səmimi dialoqlar önə çıxır. Subay Oğlaqlar maraqlı bir söhbətlə yeni münasibətin təməlini qoya bilər.
Dolça
Maliyyə gündəminizin əsasını təşkil edir. Gəlirinizi artırmaq, qənaət və ya yeni plan qurmaq üçün əla gündür. Romantik münasibətlərdə isə dəyərlər məsələsi testdən keçəcək. Maddi və mənəvi tarazlıq üzərində qurulmuş münasibətlər ön planda olacaq.
Balıqlar
Gün sizinlə başlayır. Arzu və məqsədlərinizi yenidən nəzərdən keçirmək, yeni addımlar atmaq üçün güclü enerjilər var. Sevgi münasibətlərində daha açıq və cəsarətli davranmaq sizi irəli aparacaq. Duyğularınızı boğmaq əvəzinə ifadə edin, qarşılıqlı anlayış dərinləşəcək.
Fidan Hacızadə
Sfera.az