Yayda Bakının bəzi əraziləri susuz qalıb - Açıqlama

Yayda Bakının bəzi əraziləri susuz qalıb - Açıqlama

Yay fəslinin qızmar günlərində Bakının bəzi ərazilərində suyun fasilələrlə verilməsi müşahidə edilir. Hətta Qaraçuxur qəsəbəsində 10 gündür ki, suyun gəlmədiyi deyilir.

 

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Sfera.az-a bildirilib ki, Bakı şəhəri və Bakıətrafı bəzi yaşayış ərazilərində müşahidə olunan su təchizatındakı fasilələr müəyyən səbəblərlə bağlıdır. 

 

Açıqlamada qeyd olunur ki, yay mövsümündə havaların isti keçməsi suya olan tələbi kəskin artırıb:

 

“Mövcud qurğuların və sudaşıyıcı kəmərlərin ifrat yüklənməsi nəticəsində qəza risklərini də minimuma salmaqla tələbatın maksimum optimal qarşılanması üçün tənzimlənmə işləri aparılır. 

 

Bakı şəhərinin əsas su təminatçısı olan Ceyranbatan, Oğuz-Qəbələ-Bakı, Kür sutəmizləyici qurğuları komplekslərində suyun istehsal həcmlərinin artırılması, sudaşıyıcı magistral kəmərlərin, hövzələr üzrə supaylayıcı şəbəkələrin, qurulması istiqamətində yeni layihələrin icrası intensiv şəkildə davam etdirilir. 
Hazırda da əksər ərazilərdə su təminatı normal rejimə qaytarılıb”.

 

Firuzə Əliyeva
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakının mərkəzində qanunsuz tikilən bu evlər sökülür - FOTOLAR

Dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən problemlərdən biridir. Əsasən Abşeron dairəvi xətti üzrə dəmir yolu, o cümlədən Nərimano...

Əhaliyə hava ilə bağlı XƏBƏRDARLIQ - Qarşıdakı üç gündə...

İyulun 24-də gündüz əsasən Azərbaycanın şimal və qərb rayonlarında, 25-i gündüzdən 26-sı axşamadək isə ölkənin əksər yerlərində fasilələrlə yağış yağacağı gözlə...

Füzulidə yanğın: helikopter cəlb olundu

Füzuli rayonu Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar ...

Bu şəxslərə pul veriləcək - Oktyabrın 1-dək...

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə a...

Türkiyədə güclü zəlzələ baş verdi

Türkiyənin Egey dənizi sahillərində 5 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.   Məlumata g...

Elvin Camalov İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri təyin edildi

Elvin Camalov İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri təyin edilib.   Sfera.az xəbər verir ki, E.Camalov 2007-ci ildə Azərbaycan Dövlət İqtisad...