Əli Cam və oğlu azadlığa çıxdı

Əli Cam və oğlu azadlığa çıxdı

Ləğv edilmiş “Royal Bank”ın Müşahidə Şurasının sədri Əli Cam və oğlu, bankın baş direktoru Fuad Cam azadlığa çıxıblar.

 

 

Sfera.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkum ata-oğul 6 illik həbsdən sonra azadlıqlarına qovuşublar.

 

Oğul Camın səhhətində ciddi problemlər var. Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum olub. O, həbsdən çıxan kimi müalicəyə cəlb edilib.

 

Qeyd edək ki, istintaqdan yayınan Əli Cam 2019-cu ildə Dubayda tutularaq Azərbaycana ekstradisiya edilib. Fuad Cam isə eyni ildə ölkəyə qayıdarkən tutulub. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda mənimsəmədə, cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında təqsirli biliniblər. Əli və Fuad Camlara əvvəl 13 ilə kimi həbs cəzası təyin edilsə də, sonradan cinayət işlərindəki bəzi epizodların ləğvinə görə cəzaları azaldılıb.


OXŞAR XƏBƏRLƏR

Süni intellektlə qisas: Hindistanda "Deepfake" faciəsi yaşanıb

Hindistanda baş verən “deepfake” qalmaqalı süni intellekt texnologiyalarının sui-istifadəsi və rəqəmsal məxfiliyin pozulması ilə bağlı ciddi narahat...

Azərbaycanda daha bir rayonda ehsan verilməsi ləğv edildi

Qubada yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilib.   Sfera.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayon ağsaqqalları, ...

Sabah bu ərazidə qaz kəsiləcək

Sabah Biləsuvar rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.   Sfera.az xəbər verir ki, Biləsuvar şəhəri, "Təyyarə Meydanı" ad...

Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin olundu

Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təyinat olub.   Nazirlikdən Sfera.az-a verilən məlumata görə, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə...

Bakıda bu küçədə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Sabah saat 08:00-dan iyulun 25-i saat 22:00-a qədər Bakının Səbail rayonunun Bayıl qəsəbəsinin Ziya Səmədzadə (Xanlar) küçəsində aparılacaq təmir işləri ilə əla...

Corc Dikdən Azərbaycanla bağlı paylaşım

“Mən məzuniyyətə çıxarkən özümlə təkcə xatirələri deyil, həm də ümidimi daşıyıram. Əlaqələrimiz bundan sonra da inkişaf edəcək və Yaxın Şərqdə, Cənubi Qaf...