Yanğınların söndürülməsinə 2 helikopter cəlb olundu


Yanğınların söndürülməsinə 2 helikopter cəlb olundu

Xəbər verdiyimiz kimi, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib və dərhal əraziyə nazirliyin qüvvələri cəlb olunub.

 

Sfera.az xəbər verir ki, yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

 

Əlavə məlumat veriləcək.


OXŞAR XƏBƏRLƏR