Bakıda yeni metro stansiyalarının tikintisinə 35,4 milyon manat ayrıldı

Bakıda yeni metro stansiyalarının tikintisinə 35,4 milyon manat ayrıldı

Bakıda yeni metro stansiyalarının tikintisi üzrə layihələndirilmə işlərinə start verilir.

 

Sfera.az xəbər verir ki, Trend-in məlumatına görə, Yaşıl xətt üzrə Y14−Y17 və Bənövşəyi xətt üzrə B5−B8 stansiyaları üçün tunellərin və stansiyaların tikintisinin, Yaşıl və Qırmızı xətlərin ayrılması və eləcə də, "İçərişəhər" stansiyasında keçid kamerasının, geri dönüş tunelinin və yeraltı avtomobil dayanacağının tikintisi layihələndirilməsi üzrə işlər aparılacaq.

 

Belə ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

 

QSC sözügedən işlərin icrasını "Yüksel Proje" MMC-yə həvalə edib və müqavilə bağlayıb.

 

Müqaviləyə əsasən, MMC-yə 35,4 milyon manat ödənilib.

 

"Bakı Metropoliteni"nin müqavilə bağladığı "Yüksel Proje" MMC 2024-cü ildə dövlət qeydiyyatına alınıb.

 

Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Ersen Mukremindir.


OXŞAR XƏBƏRLƏR

Uilyam və Şahzadə Harrinin 20 yaşlı bacısı vəfat etdi

Şahzadə Uilyam və Şahzadə Harrinin ikinci əmisi qızı Rozi Roş 20 yaşında qəflətən dünyasını dəyişib. İngiltərənin Norton şəhərindəki evdə onun yanından odlu sil...

Sakinlərin NƏZƏRİNƏ - Sabah bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakı şəhərinin Sabunçu, Suraxanı və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.   Sfera.az xəbər verir ki, bu...

Ceyhun Bayramov Gürcüstan Parlamentinin sədri ilə görüşdü - FOTO

İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. ...

Hikmət Hacıyev: Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub

“Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub”.   Bunu Medianın İnkişafı Agentliyi tərəfindən Milli Mətbuatın 150 i...

Ərdoğan Kamran Əliyevi qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Baş prokuroru Kamran Əliyevi qəbul edib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə lider...

Magistraturaya qəbul üçün müsabiqə nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin...