Hikmət Hacıyev Milli Mətbuat Günü ilə bağlı paylaşım etdi


Hikmət Hacıyev Milli Mətbuat Günü ilə bağlı paylaşım etdi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Milli Mətbuat Günü münasibətiylə paylaşım edib.

 

Sfera.az xəbər verir ki, o, bu barədə X hesabında bildirib:

 

"Hörmətli media nümayəndələri, dəyərli dostlar! Hər birinizi səmimi qəlbdən salamlayır, 22 iyul - Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edirəm. Bu əlamətdar gün yalnız media ictimaiyyəti üçün deyil, bütövlükdə cəmiyyətimiz üçün böyük əhəmiyyət daşıyır. Jurnalistika şərəfli və yüksək məsuliyyət tələb edən peşədir. Sizlər bu çətin, lakin vacib missiyanı peşəkarlıqla yerinə yetirir, cəmiyyətin obyektiv məlumatlandırılması, maarifləndirilməsi və milli dəyərlərin təbliği istiqamətində fədakarcasına çalışırsınız. Cənab Prezidentimiz İlham Əliyevin mediamıza verdiyi yüksək qiymət və söylədiyi dəyərli fikirlər jurnalistika peşəsinə göstərilən böyük etimad və diqqətin bariz nümunəsidir. Bu gün Azərbaycan mediası milli sərhədləri aşaraq beynəlxalq səviyyədə fəaliyyət göstərən, qlobal perspektivli regional baxış təqdim edən, dünyanın müxtəlif bölgələrində oxunan və istinad olunan, ölkəmizin yeni - qlobal xarakterli xarici siyasəti ilə uzlaşan təsirli "yumşaq güc" vasitələrindən biridir. Azərbaycan milli mətbuatının 150 illik yubileyinin qeyd olunması ilə bağlı dövlət başçımızın Sərəncamı, eləcə də bir çox peşəkar jurnalistin dövlət təltiflərinə layiq görülməsi ölkəmizdə medianın inkişafına verilən önəmin təzahürüdür və bu sahədə çalışanlar üçün böyük stimuldur. Bu əlamətdar yubiley münasibətilə hər birinizi bir daha səmimi qəlbdən təbrik edir, Cənab Prezidentimizin mediamız qarşısında müəyyənləşdirdiyi hədəflərin reallaşmasında, dövlətçiliyimizin möhkəmləndirilməsi və milli maraqlarımızın qorunması yolunda fəaliyyətinizdə davamlı uğurlar arzulayıram".

 


OXŞAR XƏBƏRLƏR

Yay fəslində istehlakçı hüquqları daha çox pozulur

Yay aylarında məhsul və xidmətlərə olan tələbatın artması fonunda istehlakçı hüquqlarının pozulması hallarında da ciddi artım müşahidə olunur. Ən çox pozuntular...

Xalq artisti Tünzalə Ağayevanı 7000 tamaşaçı izlədi - VİDEO

Xalq artisti Tünzalə Ağayeva növbəti dəfə sevənlərinin qarşısısına çıxıb.   Sfera.az xəbər verir ki, pop ulduz ticarət mərkəzlərinin birində solo k...

Ceyhun Bayramov Gürcüstanda Heydər Əliyev parkını ziyarət etdi

Gürcüstanda səfərdə olan Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Tbilisidə ümummilli lider Heydər Əliyev adına parkı ziyarət ediblər.   ...

I və IV qruplarının nəticələri BU TARİXƏDƏK açıqlanacaq

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə 6 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticələrini ötən həftə -17 iyul tarixində...

Yaşar Nurinin qızı təmtəraqlı istirahətdən imtina etdi

Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər Nuri yay istirahətini xaricdə deyil, atasının xatirələrinin yaşadığı məkanda - Novxanıda yerləşən bağ evində keçiri...

Bu evlərə sənəd verilməyəcək

Bu gün Azərbaycanda yüz minlərlə sənədsiz ev mövcuddur. Xüsusilə Bakı və ətrafında bu evlərin sayı kifayət qədər çoxdur. Həmin evlərin bir hissəsi sənədləşdiril...