Taksilərlə bağlı YENİLİK: Sürücülər gün ərzində yoxlanılacaq


Taksilərlə bağlı YENİLİK: Sürücülər gün ərzində yoxlanılacaq

SİMA-nın üztanıma texnologiyası qeyri-qanuni taksi fəaliyyətinin qarşısının alınması məqsədilə "Bolt", "Uber" və "Yango" mobil tətbiqlərinə inteqrasiya edilir.

 

Sfera.az-ın əldə etdiyi məlumata görə, taksi sürücülərinin həqiqətən tətbiqdə görünən sürücü olduğundan əmin olmaq üçün gün ərzində təsadüfi aralıqlarla SİMA-nın rəqəmsal həlli vasitəsilə şəxsiyyət təsdiqi tələb olunacaq.

 

Avtomobili sürən şəxs sürücü kimi qeydiyyatdan keçmiş şəxs deyilsə, avtomatik olaraq onun xətti bağlanacaq və müştəri götürə bilməyəcək.

 

Yenilik uyğunluğu təsdiqlənmiş sürücülərin taksi fəaliyyətinə şərait yaradacaq, sürücü profilinin digər şəxslərə ötürülməsinin qarşısını alacaq və sərnişinlərin təhlükəsizliyinin təminini artıracaq.


OXŞAR XƏBƏRLƏR

Yaqub Eyyubov və Hikmət Hacıyevin adından yayılan açıqlamalar saxtadır

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin adından Rusiya-Azərbaycan münasibətlərinə dair həqiqətə uyğun olmayan sa...

10 minə yaxın abonent QAZSIZ QALACAQ

Şəki rayonu Oxud və Kiş kəndlərinə təbii qazın verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində ...

Şimali Makedoniya prezidenti Mikayıl Cabbarovu qəbul etdi

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova ilə görüşüb.   Sfera.az&nb...

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri AÇIQLANDI

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələri və apellyasiya müraciətləri barədə məlumatlar açıqlanıb.   Sfera.az&nb...

Dəniz mənzərəli evini 23 milyon dollara satışa çıxartdı

Məşhur Hollivud ulduzu Leonardo Di Kaprio Los-Ancelesin Malibu şəhərindəki dəbdəbəli evini satışa çıxarıb.   Sfera.az xəbər verir ki, 2021-ci ilin iy...

DİN-dən əməliyyat: 39 kq narkotik ələ keçirildi - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir...