Xırdalanda yayılan görüntülərlə bağlı - DİN-dən açıqlama

Xırdalanda yayılan görüntülərlə bağlı - DİN-dən açıqlama

Sosial şəbəkələrdə Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasında sakinlərdən birinin guya zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimovun verdiyi məlumata görə, 33 yaşlı həmin şəxs sərxoş vəziyyətdə olub və təhlükəli davranışlar nümayiş etdirdiyindən ailə üzvləri binanın komendantını dəvət ediblər. Məqsəd baş verə biləcək mümkün insidentin qarşısını almaq olub.

 

Araşdırmalarla müəyyən olunub ki, görüntülərdə əks olunan şəxs hadisə zamanı hər hansı zorakılıq və ya cinayət xarakterli hərəkətə məruz qalmayıb. Onun sərxoş vəziyyətdə hüquqazidd davranışlarının qarşısı alınıb və həmin şəxs polis orqanına aparılıb.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

ABŞ artıq “dünyanın ağası” deyil - Bəyanat

ABŞ imperializminin “dünyanın ağası” olmaq iddiaları artıq iflasa uğrayıb. Bu, çoxqütblü dünyanın obyektiv reallığıdır.    Sfera.az ...

Xarici vətəndaşlara da işğaldan azad edilmiş ərazilərinə getməyə İCAZƏ VERİLDİ

Bu ilin iyulun 23-dən etibarən xarici ölkə vətəndaşları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə,...

“Nürnberq məhkəməsi”nin növbəti iclası KEÇİRİLİR

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.   Sfera.az xəbər verir k...

Bu ərazilərdə qaz olmayacaq

Şərur rayonunun bir hissəsində qaz təchizatının verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlu...

Rusiya və Ukrayna nümayənləri İstanbulda yenidən görüşəcək

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu həftə yeni danışıqlar mərhələsinin keçirilməsi gözlənilir.    Sfera.az xarici mediaya istinadə...

Suriyada sular durulmur: "Müharibə Netanyahunu hakimiyyətdə saxlayır"

ABŞ və Türkiyənin vasitəçilik cəhdlərinə baxmayaraq Suriyanın cənub regionunda atəşkəsi təmin etmək mümkün olmur. Silahlı qruplar arasında toqquşma davam edir, ...